Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirilib” - Bayden

ABŞ Silahlı Qüvvələrinin fevralın 26-da Suriyada hava zərbəsi endirdiyi iranyönlü qruplar Amerikanın regiondakı hərbi qulluqçularına hücum etməyi planlaşdırırlar.

Birləşmiş Ştatların Prezidenti Cozef Baydenin ABŞ Konqresinə göndərdiyi bildirişin mətnində belə deyilir.

Sənəd Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Amerika lideri qanuna uyğun olaraq Konqresin Senatına və Nümayəndələr Palatasına, Suriyanın şərqində İran tərəfindən dəstəklənən silahlıların infrastruktura zərbənin onun göstərişi ilə endirildiyini bildirib. Siyasətçi qeyd edib ki, bu "qeyri-dövlət qrupları" İraqdakı ABŞ ordusuna və koalisiyalara hücumlarda iştirak ediblər.

"Bu qruplar gələcəkdə də oxşar hücumların davamlı planlaşdırılmasında iştirak edirlər", - Bayden deyib.

“Report” xatırladır ki, fevralın 26-da gecə ABŞ İran Silahlı Qüvvələrinin Suriyadakı obyektlərinə hava zərbələri endirib. Qeyd olunub ki, zərbə Amerikanın İraqdakı obyektlərinə bu yaxınlarda edilən hücumlara cavab olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar