Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyalardan daha az zərərlə çıxmaq üçün istifadə etdiyi platformanı itirdi. İşğal dövründə Tehran Qarabağda “çirkli pulların yuyulması” mexanizmini qurmuşdu”.

Bunu Metbuat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, İrandan Qarabağa gətirilən pullar burada iranlılar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və “təmizlənirdi”:

“Dünya Bankının 2019-cu il hesabatında bununla bağlı konkret faktlar əksini tapıb. Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 2011 milyon dollar pul köçürülüb. Erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından “türklərə satılıb” ittihamı ilə Paşinyana qarşı arqument kimi istifadə edirdi. Hərçənd Azərbaycandan köçürülən pul əslində Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır”.

A.Nərimanlının sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları “yuduğunu” və “Hizbullah”ı maliyyələşdirdiyini açıqlamışdı:

“Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün “min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də “bəlkə bu mexanizmi xilas” etmək ümididir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar