Bazar ertəsi, 24 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

İranın nüvə proqramına dair sanksiyalardan möhlətin müddəti uzadılıb

ABŞ-dan daha bir qərar...

ABŞ administrasiyası İranın nüvə proqramına qarşı sanksiyalardan istisna möhlətinin müddətini 60 gün uzadıb.

“Bloomberg” xəbər verir ki, bu addım Böyük Britaniya, Rusiya və Çin üçün dinc məqsədlərlə nüvə enerjisindən istifadə sahəsində İranla əməkdaşlıq etmələrini asanlaşdırmaq üçün atılıb.

Həmin qərar möhləti uzatmağın tərəfdarı olan maliyyə katibi Steven Mnuçinlə möhləti dayandırmağı lazım bilən dövlət katibi Mayk Pompeo arasındakı mübahisənin qızışdığı bir vaxtda verilib.

Bununla yanaşı, ABŞ hökuməti İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı yeni məhdudlaşdırıcı tədbirlərə əl atmaq niyyətindədir.

Xatırladaq ki, 2018-ci ilin mayın 5-də İranın nüvə proqramına dair Müştərək Əhatəli Plandan (JCPOA) çıxan ABŞ həmin il noyabrın 5-dən bu ölkəyə qarşı sanksiyalarını tam həcmdə bərpa edib. Həmin sanksiyalar neft ixracatını, habelə 700-dən çox hüquqi və fiziki şəxsi əhatə edib. (Report)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar