İranın Azərbaycandakı səfirliyinin inzibati binasında tüstülənmə olub...
Hadisə İran İslam Respublikasının Bakının Səbail rayonunda yerləşən səfirlik binasında qeydə alınıb. Səfiriliyin 3 mərtəbəli inzibati binasının 2-ci mərtəbəsində tüstülənmə müşahidə edilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.
pia.az