Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İranın asimmetrik müharibə taktikası

Bölgədəki vəkilləri Tehranın hansı məqsədlərinə xidmət edir?..

Maşa Ruhi

“Foreign Policy”, 07.09.2019

Tramp administrasiyasının açıqlamalarına baxmayaraq, İranı Yaxın Şərqdəki davranışlarını yumşaltmağa yönələn “maksimum təzyiq” yanaşmasının işləmədiyi aydınlaşır. Fars körfəzində təxribatlarla məşğul olduğu iddia edilən İran, 2015-ci il nüvə sazişinə uyğun olaraq, zənginləşdirmə məhdudiyyətlərinə dair öhdəliklərindən imtina üçün konkret addımlar atıb. Bu arada, o, raket proqramını da məhdudlaşdırmayıb və bölgədəki qeyri-dövlət aktyorlarına olan etibarını artırıb.

Ötən ayın sonlarında İsrailin Livan, Suriyaİraqdakı İran qüvvələrinə və vəkillərinə zərbələr endirməsindən sonra Yaxın Şərqdə gərginlik yenidən alovlanıb. Bu kölgə müharibəsi gün işığına çıxdıqca, İsrail rəsmiləri həmin hücumların, qeyri-dövlət aktyorlarına dəstək və təlim verməklə, İranın genişlənən regional təsirini azaltmaq üçün nəzərdə tutulduğunu iddia edirlər.

İsrail və İran arasındakı ən son “mübadilə” İranın ABŞ-ın bölgədəki maraqları və tərəfdaşları qarşısına çıxan təhlükəsizlik problemləri və ən əsası, ABŞ hökumətinin bunu İranla təsirli bir şəkildə əlaqələndirməsi üçün yeni və innovativ bir strategiyaya ehtiyaclı olduğunu vurğulayır.

Əslində, ABŞ və onun regional tərəfdaşlarının İranın qeyri-dövlət aktyorlarını istismar etməsi ilə bağlı qanuni narahatlıqları olsa da, onlar İranın motivlərini başa düşmürlər. Beləliklə, təsirsiz və əks nəticələr verən siyasət yürüdürlər.

Bu gün Vaşinqton İranı çəkindirici imkanlarının üç sütunundan – nüvə proqramı, ballistik raket proqramı və etibarlı şəxslərindən imtina etməyə məcbur etməyə çalışır. Ancaq Tehranın nöqteyi-nəzərindən, bütün maneə törətmə qabiliyyətlərindən əl çəkmə rejimi müdafiəsiz qoyacaq və gücsüzləşdirəcək.

Bu, digər tərəflərin yalnız məhdud zəmanətləri ilə, Şimali Koreyanın nüvə silahından imtina etməsini istəməyə bənzəyir. Heç bir dövlət sırf iqtisadi mənfəət üçün yaşama vasitəsi kimi qəbul etdiyi şeyləri güzəştə getməz.

Həqiqətən, Tehran sadəcə regional fəaliyyətlərini yüngülləşdirməkdən imtina etməyib, əksinə, onları daha da aqressiv şəkildə tətbiq edib. Bu, Vaşinqtonu getdikcə daha çox təşvişə salır.

Sual olunur: On illərlə davam edən sanksiyalardan və təzyiqlərdən sonra İranın bölgədəki davranışını dəyişdirməsi üçün həqiqətən, nə etmək lazımdır?

İlk addım Vaşinqtonun Tehranın strateji düşüncə tərzini anlaması ola bilər. Bu, İranın bölgədəki etibarlı şəxslərindən istifadəsini daha da artırmaq əvəzinə, azaltmağa təşviq edən siyasət hazırlamağa imkan verəcək.

İranın üç strateji hədəfi var: ABŞ və tərəfdaşları tərəfindən hərbi zərbələrin qarşısını almaq, regional gücünü artırmaq, özünəgüvəni davam etdirmək. Bu məqsədlər İranın yaşaması və güc tapması ilə əlaqədardır.

Bu hədəflərə çatmaq üçün Tehran məhdud və köhnəlmiş şərti hərbi qüvvələrini kompensasiya etmək üçün asimmetrik müharibə taktikasına əl atıb. Ancaq bu strategiya iki tərəfli iti qılınc halına gəlib.

ABŞ və onun regional tərəfdaşları İranın asimmetrik müharibə taktikası ilə haqlı olaraq özlərini təhlükədə hiss edirlər və bu da, öz növbəsində, İrana qarşı hərbi təhdidləri daha da artırır.

Bu, dinamika klassik təhlükəsizlik dilemmasıdır.

İran bu problemi daha zəif bir əllə həll etmək məcburiyyətində qalıb.

Hərbi xərclərin birbaşa müqayisəsi ABŞİran arasındakı böyük fərqi göstərir.

İyun ayında ABŞ prezidenti Donald Tramp “tweet”-lə İran rəhbərliyinin ABŞ-la hərbi güc balansında “reallığı başa düşmədiyini” bildirib. ABŞ son iki ildə “1.5 trilyon dollarla dünyanın ən güclü hərbi qüvvəsidir“, – deyə o, izləyicilərinə xatırladıb.

Əgər 2018-ci ildə Səudiyyə Ərəbistanının 67 milyard dolları ötmüş və İsrailin təqribən 16 milyard dollarlıq hərbi xərcləri tənliyə əlavə olunarsa, İranın 13.2 milyard dollarlıq xərcləri çox azdır.

Əslində, hətta bu rəqəmlər disbalans 40 il ərzində asimmetriyanın böyüklüyünü əhatə edə bilməyib. İran bunu bilir və Trampın öyüd-nəsihətinə ehtiyac duymur.

İranın normal çəkindirmə və güc proqnozu vasitələri olmadığı üçün o, qeyri-adi strategiya hazırlayıb. Bu yanaşmaya uzunmüddətli perspektivdə mane olmaq üçün nüvə hədəsi, bu gün müdafiə üçün inkişaf etmiş bir raket proqramı və “Hizbullah” kimi regional etibarlı şəxslərin qurulması daxildir.

Nüvə sazişi nüvə hədəsi seçimini təxirə salıb, indi İran tədricən geri dönərək ABŞ-ın təhdidinə öhdəliklərdən boyun qaçırmaqla cavab verir. ABŞ və bəzi Avropa tərəfdaşlarının məhdudiyyətlər tətbiq etmə cəhdlərinə baxmayaraq, raketlər İranın dayanıqlı duruşunun əsas elementi olaraq qalacaq. Lakin bu proqramların heç biri İrana səy göstərdiyi regional təsiri vermir.

Qeyri-dövlət aktyorları ABŞ-ın maraqlarını və bölgədəki tərəfdaşlarını təhdid etməklə, İranı təsir alətləri ilə təmin edir. İranın asimmetrik taktikası digər variantlara nisbətən daha ucuz başa gəlir, on illərdir davam edən iqtisadi sanksiyalar nəzərə alınmaqla, o, ölkə üçün çox vacib olan amildir. Daha da əhəmiyyətli budur ki, bu taktika İran liderlərinə strateji üstünlük təklif edir.

İranın vəkilləri 3 məqsədə xidmət edir.

Birincisi, qeyri-dövlət aktyorları ABŞ qüvvələrinə, bazalarına, maraqlarına və tərəfdaşlarına ziyanvurma qabiliyyətinə sahib olduğu üçün zərərverici rol oynayır. Bu halda potensial hərbi qarşıdurma ABŞ-a ı daha baha başa gələcək, odur ki, xərc-mənfəət hesablamalarını təmkinliliklə əvəzləyir.

İkincisi, qeyri-dövlət subyektləri Suriya, Livan və Yəməndəki regional qarşıdurmalarda İranın vacib oyunçu kimi iştirakına imkan verərək regional təsirini genişləndirib.

Üçüncüsü və bəlkə də ən əhəmiyyətlisi budur ki, bu, İrana sərhədləri xaricində məhdud qarşıdurmalarda iştirak etmə və ölkə daxilinə birbaşa zərbə vurmadan təxribatlarla məşğul olma imkanı yaradır. Qeyri-dövlət aktyorları İranı inkaredilməz üstünlüklə təmin edirlər.

Tehran üçün bu taktika indiyə qədər təsirli görünüb: zəif hərbi imkanları ilə müqayisədə, onlar daha təsirli alətlərdir. Əslində, qeyri-dövlət aktyorları İranın ən güclü silahına çevriliblər.

İrana nə qədər çox təhdid və təzyiq göstərilsə, çəkindirici səylərini bir o qədər artıracaq. Nisbi zəifliyini nəzərə alaraq, mütləq şəkildə qeyri-dövlət aktyorlarına etibar edəcək. Etibarlı şəxslər raketlərdən və ya nüvə silahlarından daha ucuzdur və demək olar ki, dərhal toparlana bilər.

Üstəlik, qeyri-dövlət iştirakçılarının coğrafi diapozonu ABŞ və tərəfdaşları üçün cavab vermə tədbirlərini xeyli dərəcədə çətinləşdirir. Maliyyə təzyiqləri artdıqca, İran getdikcə artan təhdidlərin qarşısını almaq üçün qeyri-dövlət aktyorlarına və digər daha aqressiv taktikalara daha çox etibar edəcək.

Tehranın əsaslandırması aydındır: əgər ölkənin maliyyə imkanları azalırsa, o zaman daha tez və ən əlçatan və ən az xərcli vasitələrlə hərəkət etməlidir.

Vaşinqtonun təhdidləri və təzyiq taktikalarına alternativ bir strategiya mövcuddur. Təhlükəsizlik güzəştləri və təşviqlərlə iqtisadi stimuldan daha çox hərtərəfli regional silah nəzarəti çərçivəsi ən təsirli yanaşma ola bilər. Bu, İrana ənənəvi hərbi imkanlarını, xüsusən də inqilaba qədər ən inkişaf etmiş Hərbi Hava Qüvvələrini tədricən bərpa etmə imkanı verər.

İran regional rəqibləri ilə paralel olaraq onu modernləşdirməyə can atır. Qitələrarası ballistik raketlərin inkişafı onun etibarlı şəxslərin istifadəsindən çəkindirər. Nəticədə, İran regional güc statusunu artırmaqla, asimmetrik müharibə taktikalarına daha az güvənəcək.

İranın qeyri-dövlət aktyorlarından istifadəsi uzunmüddətli perspektivdə davamlı deyil. Bu vəkillərin dövlətləri – İraq, Suriya və Livan İranın bugünkü kimi nüfuz artımı üçün həmişə münbit zəmin ola bilməz. Adi hərbi imkanlar İranın axtardığı gücə və əngəllərə daha yaxşı zəmanət verə bilər. Xüsusilə İranın ətrafında qüvvələr və bazaları olan fövqəldövlətin yaratdığı təhlükə halında.

Vaşinqtonun fikrincə, Tehranın adi hərbi imkanlarını artırması daha bir başlanğıcdır və bölgədəki digər oyunçular, o cümlədən kənar güclər üçün daha da böyük təhlükə yaradacaq.

Adi imkanlar və qeyri-dövlət aktyorları arasında kompromisdə İranın qonşuları və rəqibləri nəzərə almalıdır. İranın qeyri-dövlət aktyorlarını dəstəkləməsi Livandakı “Hizbullah”, Yəməndəki husilər və İraqda milislərlə bölgədə ən böyük təhlükəsizlik problemlərini yaradıb. İranın etibarlı şəxslərinin yüksək təsirli, ucuz qiymətli olması onları digər dövlətlər üçün təhlükəli edir və bölgədə sabitliyi pozan vəziyyətə gətirir – keçən ay baş vermiş hadisə kimi.

Üstəlik, qeyri-dövlət aktyorlarını cəlb etmə ciddi mənəvi təhlükə daşıyır. Vaşinqtonda tez-tez nəzərə alınmayan reallıq bu vəkillərin Tehranın hakimiyyəti altında olmamalarıdır. Onlar tabelilər deyil, daha çox müttəfiq kimi fəaliyyət göstərirlər.

ABŞ-ın daha da böyük bir narahatlığı İranın Fars körfəzində çəkindirməni çətinləşdirən regional qeyri-dövlət aktyorlarını yetişdirməsidir. Mütəxəssislərin fikrincə, ABŞ üçün İranla müharibənin dəyəri İraqla apardığı müharibənin dəyərindən çox olacaq; İranın qeyri-dövlət müttəfiqlərinin Əfqanıstanda, İraqda, Livanda, Suriyada və Yəməndə raketləri bölgədə demək olar ki, hər bir ölkəyə çata bilər ki, bu da ABŞİran arasındakı müharibənin tez bir zamanda sürətlə artacağını, regional qarşıdurmaya çevriləcəyini göstərir.

Birləşmiş Ştatlar trilyonlarla dollar xərcləyə, insan ölümü və qaçqınlar axını ilə üzləşə bilər. İslam İnqilabı Keşikçiləri Korpusu və partizan müharibəsi üçün peşəkar şəkildə hazırlanmış müttəfiqlər şəbəkəsi, ehtimal ki, ABŞ-la hərbi qarşıdurmada diri qalacaq.

Tramp ABŞ qoşunlarını Suriya və Əfqanıstan, ümumən Yaxın Şərqdən çıxardıqca, Vaşinqtonun daha az görkəmli bir rolla regional vasitəçi olaraq əvvəlki vəziyyətinə qayıtması mümkündür. Bu, İranın strateji hesablaşmalarını da dəyişəcək, qeyri-dövlət iştirakçılarından istifadəni daha da azaldacaq.

Hazırda Birləşmiş Ştatlar təzyiq və hərbi təhdidləri artır, nüvə sazişi sarsılmaqdadır. Buna cavab olaraq İran çəkindirmə və təsir alətlərini araşdırma ilə məşğuldur. Münasibəti fərqli bir yola qoymaq indi mümkün deyil, amma bunu araşdırmağa dəyər.

İranın siyasətini asimmetrik müharibə taktikasından geri döndərmək üçün silahlara nəzarət sazişinin hazırlanması, tətbiqi və təsdiqlənməsinə olan maneələri nəzərə alaraq, ideya əlçatmaz görünə bilər. Bu, bütün tərəflərdən uzunmüddətli öhdəlik tələb edir. Belə bir sövdələşmənin çətin olmasına baxmayaraq, o, status-kvo və ya müharibə arasında alternativdir.(Tərcümə: Strateq.az)

pia.az

Etiket:

loading...