Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranı haqlı ikən, haqsız vəziyyətə salan nədir?

İran hər şeyi zay etdi, lakin unutmayaq ki, Trampın vurmaqla təhdid etdiyi mədəni mirasların çoxu türklərə aiddir...

Murat Bardakçı

“Habertürk” qəzeti, Türkiyə, 12 yanvar 2020-ci il

İran yenə ard-arda səhvlər buraxıb: ayda, ildə bir dəfə haqsızlığa məruz qalaraq əlinə keçirdiyi imkanı əlində qaçırıb və məzlum obrazından birdən-birə günahkara çevrilib.

Təsəvvür edin ki, ABŞ minlərlə kilometrdən ordu komandirinin başına raket atır və onunla birlikdə yanındakıları da öldürür. Bu sayədə İranın əlinə Amerika əleyhinə propoqanda aparmaq imkanı düşür, lakin o, hər şeyi qarmaqarışıq hala gətirərək əksinə özünü cinayətkar və bacarıqsız vəziyyətinə salıb.

General Qasım Süleymani barədəki iddiaları və illərdir Türkiyə əleyhinə olan qruplara və təşkilatlara dəstək verməsini bir tərəfə buraxıb düşünək: Sui-qəsddən heç bir fərqi olmayan bu cinayət dövlətlər, cəza və digər hüquq qolları ilə bağlıdır və təbii ki, bu da İrana xeyli fürsət verirdi. Lakin İran bu fürsəti dəyərləndirə bilməyib. Süleymaninin cənazəsini şəhər-şəhər gəzdirdikdən sonra onun dəfn mərasimində 50-yə yaxın insan can verib və sonra da İraqdakı Amerika bazasını vurmaq istəyən İran daşı, torpağı bombalayıb. Daha sonra da Ukraynaya aid bir sivil təyyarəni Amerika raketi hesab edərək səhvən bombalayıb, 176 nəfərin ölümünə səbəb olub və bütün dünyaya biabır olub.

İranın 25 əsr əvvələ gedib çıxan bir mədəniyyəti var. Dövlətçilik ənənəsi də bu mədəniyyətin daxilində formalaşıb. Lakin bu formalaşmanın kökündə lovğalıq və inadkarlıq var.

Ölkədəki farslar, azərbaycanlılar, bəlucilər, lurlar, tələşilər, kürdlər, ərəblər, xristianlar və digər ünsürlər hakim olan fars kimliyi altında birləşərək iranlı olublar. Fars dili və yazısı əsrlərdir dəyişmədiyinə görə bir məktəbli, hətta heç təhsil almamış bir insan belə əsrlər əvvələ aid olan mətnləri, məsələn, Firdovsinin, Mövlanənin və ya Hafiz Şirazinin əsərlərini rahatlıqla oxuyub başa düşə bilərlər.

Fars dili İran ətrafında danışılan digər dillərə də çox təsir edib. Üstəlik, təkcə fars dili yox, həmçinin, bu ölkənin mədəniyyəti də qonşu ölkələrə təsir edib. 1979-cu ildə sonuncu şahın devrilməsindən sonra Xarici İşlər nazirlərindən biri demişdi: “İrana qədim yunanlar, romalılar, türklər və digər millətlər gəldilər, əsrlərlə hökm sürdülər və hamısı bizdən nələrsə öyrənib getdilər”.

İranda demək olar ki, son min ildən bu yana dövlət qurmuş Səlcuq, Səfəvi, Avşar və Qacar kimi dövlətlərin başçıları türk olduğu halda, əsli də fars olan farsdilli sülalə, yəni Pəhləvilər ancaq 1925-ci ildə irana hakim ola bilmişdi.

Bu baxımdan, ABŞ prezidenti Donald Trampın İrandakı mədəni mirasları vuracağını deməsi ən çox türklərlə bağlı məsələdir. Çünki Trampın vurmaq istədiyi 52 hədəfin çoxu İranda əsrlərlə yaşamış qədim türk dövlətlərinin tarixi mirasıdır.

Lovğalıq, toqquşma və inadkarlıq...

Tehranın bütün bu vərdişlərinin şiə təriqətinin romantizmi ilə həyat tərzinə çevrilməsi və gündəlik həyatda mərsiyə ənənəsinin ucaldılmasını da nəzərə aldıqda bu günkü İranı daha yaxşı başa düşə bilərik.

İranın kökündə “iranlılıq” olan bu cür köklü və yüksək bir mədəniyyəti var. “Mən iranlıyam!” kimi milliyətçi şüarların fonunda ölkənin neft gəlirləri silaha, milis qüvvələrinə, digər ölkələrə qarşı olan qruplara və hətta, nüvə texnologiyasına yatırılır. Lakin xalqın ən sadə ehtiyaclarını qarşılayacaq bir istehsalat yaradılmayıb və ölkə rəhbərliyi bütün enerjisini dünya ilə çəkişmə aparmağa həsr edib.

İraqla müharibənin davam etdiyi illərlə İran yoxsulluq çəkirdi. Tehrandakı ən bahalı hotellərin restoranlarında yeyilən məşhur Əcəm plovundan belə daş çıxardı, bazarda benzin çətinliklə tapılardı, lakin son model silahlar olduqca çox idi. Güc-bəla ilə ixrac edilən neftdən gələn gəlirlərin böyük bir qismi ilə xaricdən silah alınır. Məsələn, silah şirkətləri İrana güclü bir tank satdılarsa, İraqa o tankı vura bilməsi üçün başqa bir silah satırlar. Ona görə, cəbhəyə göndərilən silahın ömrü cəmi 1-2 həftə olur və dərhal yeni silahlara milyonlarla dollar yatırılırdı. Çünki həm genetik quruluş, həm də dövlət səviyyəsindəki inadkarlıq vəziyyəti bu hala gətirirdi.

İranı haqlı olduğu halda, haqsız vəziyyətə salan bu bacarıqsız davranışların səbəbi hələ də eyni ənənələrdən istifadə etməsidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran ABŞ Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar