Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranı bizə düşmən, Ermənistana dost edən əsas səbəblər...

Zəngəzur dəhlizi, xüsusən Naxçıvanla Azərbaycan arasında kommunikasiyaların bərpa olunması İranı hansı səbədən bu qədər narahat edir?..

Təhlükəsizlik eksperti: “İran 30 ildir ki, bizim müstəqilliyimizi həzm edə bilmir. Burada başlıca səbəb Güney Azərbaycan faktorudur”.

“Zəngəzur dəhlizi İranın bölgədə əhəmiyyətini azaldan məsələdir. Hazırda biz Naxçıvana quru yol kimi İran ərazisindən keçirik, o cümlədən Türkiyə də bəzi yüklərini bu istiqamətdə daşıyır”.

Bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl İranın əsas elit hərbi qüvvələrindən hesab edilən SEPAH qüvvələrinin Arazın o tayında keçirdiyi təlimin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İranın əsas elit hərbi qüvvələrindən hesab edilən SEPAH qüvvələri Arazın o tayında, yəni İran ərazisində hərbi təlim keçirməyə başlayıb. SEPAH-ın təşkil etdiyi bu təlimlər Horadizin paralel istiqamətdə yerləşən Aslandüzdən İranın Culfa ərazilərinədək geniş ərazini əhatə edir. Nəzərə alsaq ki, II Qarabağ savaşında Horadizdən başlayaraq Mehri rayonuna qədər işğal altında olmuş ərazilərimizin işğaldan azad olunub. Sözügedən təlimlər də məhz bu ərazidə keçirilir. İran bu təlimlə Azərbaycana göz dağı və eyni zamanda Ermənistana güc-qüvvət verdiyini başa düşmək çətin deyil.

İranı bizə düşmən, Ermənistana dost edən əsas səbəblər hansılardır və bu təlimlərdən, o cümlədən son zamanlar baş verənlərdən sonra uzun əsrlər boyu tarixi və mədəni birliyi olan iki ölkə arasında münasibətlər necə inkişaf edəcək? Həmçinin İran artıq açıq şəkildə Zəngəzur dəhlizinə qarşı çıxış edir. Zəngəzur dəhlizi, xüsusən Naxçıvanla Azərbaycan arasında kommunikasiyaların bərpa olunması İranı hansı səbədən bu qədər narahat edir?

İranın həm ölkəmizlə münasibətlərini, həm də Zəngəzur dəhlizi narahatlığını PİA.az-ın əməkdaşı təhlükəsizlik eksperti İlham İsmayıl ilə müzakirə edib.

İlham İsmayıl: “Müharibədən sonra Türkiyə ilə Azərbaycan arasında maneəsiz birbaşa yolun açılması və Xəzər vasitəsilə Mərkəzi Asiyaya və digər ölkələrə çıxış İranı daha çox rahatsız edir”.

Son günlər Qafan-Gorus yolunda Xankəndinə yük daşıyan maşınların saxlanması və gömrük rüsumundan keçirilməsi İranın növbəti narahatlığına səbəb olduğunu düşünən ekspert PİA.az-a bildirib ki, İranın sərhədlərimizə yaxın məsafədə silahlı qüvvələrini cəlb etməsi, sadəcə bizə ünvanlanan çəkindirici amildir, hansısa ciddi proseslərin başlanması ehtimal olunmur:

İran narahatdır. Bu narahatlığın yaxın tarixi 27 sentyabr 2020-dən başlasa da, uzaq tarixi Azərbaycanın müstəqil dövlət kimi tanınmasından, qədim tarixi isə İran-Turan qarşıdurmasından başlayır. İran 30 ildir ki, bizim müstəqilliyimizi həzm edə bilmir. Burada başlıca səbəb Güney Azərbaycan faktorudur. On milyonlarla soydaşımızın yaşadığı Güney Azərbaycanın bizə - Azərbaycan Respublikasına dogma dövlətləri kimi baxması, bizi ümid yeri kimi görməsi və onların da bizimlə birləşmək və ya müstəqil dövlət qurmaq təhlükəsini onlar hər zaman hiss ediblər və bunu təhlükə mənbəyi hesab edirlər.

İkinci səbəb Türkiyənin Azərbaycana siyasi, hərbi, iqtisadi, mənəvi təsirinin daha çox olması, Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri, Türkiyənin Cənubi Qafqazda təsirinin hər gün böyüməsi İranı narahat edir. Son günlər isə Qafan-Gorus yolunda Xankəndinə yük daşıyan maşınların saxlanması və gömrük rüsumundan keçirilməsi İranın növbəti narahatlığına səbəb olub. Ona görə də İranın sərhədlərimizə yaxın məsafədə silahlı qüvvələrini cəlb etməsi, sadəcə bizə ünvanlanan çəkindirici amildir, hansısa ciddi proseslərin başlanması ehtimal olunmur.

İlham İsmayıl: “Burada yalnız Rusiyanın da istəyi böyük olduğu üçün İran dəhlizə sonadək etiraz edə bilmir”.

Zəngəzur dəhlizi İranın bölgədə əhəmiyyətini azaldan məsələdir. Hazırda biz Naxçıvana quru yol kimi İran ərazisindən keçirik, o cümlədən Türkiyə də bəzi yüklərini bu istiqamətdə daşıyır. Zəngəzur dəhlizi isə İrandan yan keçir, yalnız İran bu dəhlizdən yeri gələndə öz məqsədləri üçün istifadə edə bilər. Yuxarıda qeyd etdiyimiz kimi həm də Türkiyə ilə Azərbaycan arasında maneəsiz birbaşa yolun açılması və Xəzər vasitəsilə Mərkəzi Asiyaya və digər ölkələrə çıxış İranı bir daha rahatsız edir. Burada yalnız Rusiyanın da istəyi böyük olduğu üçün İran dəhlizə sonadək etiraz edə bilmir.

Ümmiyyətlə isə, Tehran maksimum çalışır ki, Bəndər-Abbas və Qara dənizi birləşdirən perspektiv nəqliyyat dəhlizini Zəngəzur dəhlizinə qarşı qoysun. Amma, bu zaman və böyük vəsait tələb etdiyindən hələ bu yolun istifadəyə veriləcəyi böyük sual altındadır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar