Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan müharibə xəbərdarlığı: Körfəzdən uzaq durun

"Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər"

PİA.az BBC Azərbaycancaya istinadən xəbər verir ki, ABŞ İran körfəzində qoşun yerləşdirəcəyini bildirəndən sonra Iran prezidenti xəbərdarlıq edib ki, xarici qüvvələr Körfəzin təhlükəsizliyini risk altına qoyur.

Həsən Ruhani deyib ki, xarici qüvvələr bu bölgəyə həmişə "ağrı və səfalət gətirib" və "silah yarışında" onlardan istifadə olunmamalıdılr.

ABŞ, Səudiyyənin neft obyektlərinə edilən hücumlardan sonra Səudiyyə Ərəbistanına daha çox əsgəri qüvvə göndərdiyini bildirib.

Səudiyyə ƏrəbistanıABŞ bu hücumlara görə İranı günahlandırıb.

Prezident Həsən Ruhani İranın yaxın günlərdə BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.

Ruhani nə deyib?

Həsən Ruhani 1980-1988-ci illərin Iran-Iraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxış edib.

"Xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər, - televiziya ilə yayımlanan çıxışnda Həsən Ruhani deyib.

Xarici qüvvələrə bölgədən "uzaq durmağı" məsləhət görən Həsən Ruhani keçmişdə belə qüvvələrin yerləşdirilməsini ABŞ Körfəzdə qüvvə yerləşdirərkən İrandan xarici qüvvələrə xəbərdarlıq: "Körfəzdən kənarda durun""fəlakət" adlandırıb.

"Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər ... Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar", - İran prezidenti deyib.

Sülh təşəbbüsü nə məlumdur?

Prezident, çərşənbə axşamı Nyu Yorkda işinə başlayan BMT Baş Məclisinə İranın sülh təşəbbüsünün təqdim olunacağını söyləyib.

Ancaq o, təşəbbüsün təfsilatları barədə heç bir məlumat verməyərək, yalnız Hörmüz Boğazında sülhün "müxtəlif ölkələrlə əməkdaşlıqda" əldə edilə biləcəyini söyləyib.

Həsən Ruhani İranın regional qonşuları tərəfindən buraxılan "keçmiş səhvləri bağışlamağa hazır olduğunu" qeyd edib.

"Bu həssas və vacib tarixi məqamda qonşularımıza dostluq və qardaşlıq əlini uzatdığımızı bildiririk", Həsən Ruhani deyib.

Yəməndəki Husi üsyançıları da sülh təşəbbüsü ilə çıxış edərək, Səudiyyə Ərəbistanına hücumlarını dayandırdıqlarını elan edib, o şərtlə ki, krallıq və müttəfiqləri də eyni hərəkət etsinlər.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths verdiyi açıqlamada "fürsətdən istifadə edərək zorakılığı, hərbi eskalasiyanı və faydasız ritorikanı azaltmaq üçün bütün zəruri addımların atılmasının" vacib olduğunu söyləyib.

ABŞ qüvvələrinin yerləşdirilməsi barədə nə məlumdur?

Cümə günü Pentaqon elan edib ki, Səudiyyənin xahişinə cavab olaraq, Səudiyyə Ərəbistanına çoxsaylı olmayan qüvvələr yerləşdiriləcək və əsas diqqət havadan və raket hücumundan müdafiə sistemlərinə veriləcək.

ABŞ Müdafiə naziri Mark Esper deyib: "Hərbi texnikanın çatdırılmasını da sürətləndirmək üçün çalışacağıq."

Bu xəbər Tehran hərbiyyəsinin ABŞ tərəfindən terror təşkilat sayılan İran İnqilab Keşikçiləri Korpusundan sərt reaksiya ilə qarşılanıb.

"Kim öz ərazisini döyüş meydanına çevirmək istəyirsə, buyursun. Amma ehtiyatlı olun, məhdud bir təcavüzə cavab məhdud olmayacaq. Hər hansı bir təcavüzkarı təqib edəcəyik", - Korpusun komandiri general Hüseyn Salami deyib.

Səudiyyə nefitinə kim hücum edib?

Husilər Səudiyyə neftinə hücumlarının arxasında olduqlarını dəfələrlə söyləyiblər, səudiyyəlilər isə bu hücumlara görə İranı günahlandırır, ğz növbəsində, Tehran bu məsələylə hər hansı bir əlaqəni rədd edir.

Hücumlar Səudiyyə Ərəbistanının neft hasilatına ciddi və mümkündür ki, uzunmüddətli təsir göstərib.

Səudiyyəlilər hücumdan sonra İran istehsalı olan silahların parçalarını nümqayiş etdirilblər, lakin apardıqları araşdırmanın nəticələrini tam olaraq açıqlamayıblar.

Husilər Körfəz krallığına qarşı əvvəllər də çoxsaylı dron, qanadlı raket və raket hücumları həyata keçiriblər.

Pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar