Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrandan Ermənistana gətirilən 45 milyon dollarlıq narkotik tutulub

Ermənistanın paytaxtı İrəvan şəhərində İrandan gətirilən külli miqdarda narkotik vasitə ələ keçirilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Dövlət Komitəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə İdarəsinin əməkdaşları ümumi çəkisi 365 kiloqram olan heroini dövriyyədən çıxarıblar.

Bildirilib ki, narkotik vasitə 33 qutuda qablaşdırılmaqla maya adı altında İrandan Ermənistana keçirilib. Ümumi dəyəri 45 milyon dollar olan narkotik vasitənin Avropaya daşınması planlaşdırılıb.

Dövlət Komitəsindən onu da bildiriblər ki, ümumilikdə regionda indiyə qədər bu miqdarda narkotik vasitə qaçaqmalçılığı qeydə alınmayıb.

Faktla bağlı müvafiq maddə üzrə cinayət işi başladılıb, müxtəlif ölkələrin vətəndaşı olan 16 nəfər həbs olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar