İranın Hörmüzqan əyalətində 5.4 bal gücündə zəlzələ baş verib...
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Hörmüzqan əyalətinin Ruydər bölgəsində qeydə alınıb.
Zəlzələnin ocağı 16 km dərinlikdə olub.
Hadisə nəticəsində hər hansı itki və ya fəsadların olması barədə hələlik məlumat verilməyib.
pia.az