İranın Qum şəhərinin Şukuhiyyə bölgəsində zavodda yanğın baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yuyucu məhsullar istehsal edən zavodda baş verən yanğında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Yaralılar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
pia.az