Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda xərçəng xəstəliyinə tutulanların heyrət doğuran statistikası

İranda hər il xərçəng xəstəliyinin müalicəsi üçün birbaşa və ya dolayısı ilə 900 milyon ABŞ dolları vəsait xərclənilir...

Bunu İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.

O bildirib ki, xərçəngə tutulanlardan 53 faizi kişi, 47 faizi isə qadınlardır.
İ.Hərirçi əlavə edib ki, İranda hər il 110 min nəfər xərçəng xəstəliyinə tutulur.

Xəstəlik barədə məlumat: Xərçəng xəstəliyi - hüceyrələrdə DNT-nin zədələnməsi nəticəsində hüceyrələrin idarəsiz və ya anormal şəkildə böyüməsi və çoxalması. Gün ərzində insan bədənində (DNT-də) təxminən 10000 mutasiya olmasına baxmayaraq immun sistemi hər millisaniyə bədəni təmizləyir və xərçəngli hüceyrələri yox edir. Xərçəng meydana gəldiyi, yəni, mənşə aldığı toxumaya uyğun olaraq adlandırılır.
Xərçəng hüceyrənin qarşısı alınmaz şəkildə böyüməsi ilə xarakterizə edilən xəstəliklər sinifidir. 100 müxtəlif xərçəng növü var və onların hər biri hüceyrənin növünə uyğun olaraq təsnif edilir. Zədələnmiş hüceyrələr nəzarətsiz şəkildə bölünərək tümör adlanan toxuma kütləsi yaxud şiş yaratdıqda, xərçəng yaranır. Şişlər (tümörlər) həzm, sinir və qan dövranı sistemində inkişaf edə bilir. Onların fəaliyyətinə müdaxilə edir və bədən fəaliyyətini dəyişdirən hormonlar ifraz edir. Bir nöqtədə dayanan və məhdud şəkildə böyüyən şişlər adətən xoşxassəli hesab edilirlər. Xərçəng hüceyrələri meydana gəldikləri şişdən ayrıldığı təqdirdə, qan və ya limfa dövranı vasitəsilə bədənin digər nahiyələrinə gedə bilirlər. Getdikləri nahiylərdə şiş koloniyaları meydana gətirir və böyüməyə davam edirlər. Şiş sağlam toxumaları məhv edərək bədənin digər hissələrinə yayılıb inkişaf etdikdə, bu metastaz (şaxələnmiş) xərçəng adlanır. Bu prosesin özü isə metastaz adlanır və müalicəsi çox çətin olan kəskin vəziyyət ilə nəticələnir. (wikipedia.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar