Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda üstünlük kimdədir? - Orduda, yoxsa İnqilab Keşikçilərində?..

Baş Qərargah rəisinin müavini Admiral Həbibullah Səyyari hər kəsi hədəf alan açıqlamalar verib...

Xüda Hüseyni

“The Independent” qəzeti, 5 iyun 2020-ci il

Düşünürdük ki, korona pandemiyası ya ürəkləri yumşaldacaq, ya da şiddəti artıracaq. Təəssüf ki, İranda ikincisi baş verib.

13 yaşlı Romina Əşrəfi yatarkən atası başını oraqla kəsib. Romina 35 yaşlı bir kişini sevmiş və onunla evlənmək üçün evdən qaçmışdı. Hər iki ailə sevgililərə qarşı birləşdikdən sonra polis tərəfindən həbs olunmuşdular.

Romina polisə öz həyatına görə narahat olduğunu bildirsə də, o, İran qanunlarına görə atasına təhvil verilməli idi.

Atası yatarkən onun başını kəsdi. Halbuki İran qanunlarına görə, 13 yaşlı qızlar evlənə bilərlər. Lakin Romina evləndirilmədi.

Bu hadisədən sonra sosial media bir-birinə dəydi. Ancaq İran İslam Şurası Məclisinin bir qadın millət vəkili bildirib ki, ata qızın qəyyumu olduğu üçün o, qatil hesab olunmur. Prezident Həsən Ruhani də bu qanuna dəyişiklik edilməli olduğunu qeyd edib.

Sevən bir qızın başının kəsilməsi ilə radikalların üstünlük təşkil etdiyi Şura Məclisindəki qadın millət vəkilinin açıqlaması ilə yanaşı, İranın gündəmində həm də keçmiş Tehran Bələdiyyə Başçısı Məhəmməd Bakır Qalibafın İran İslam Məşvərət Məclisinə seçilməsi də var idi.

Qalibaf 1 il ərzində İran İnqilab Keşikçiləri Hava Qüvvələrinin komandanı idi və 3 dəfə prezidentliyə namizəd olsa da, uğursuz olmuşdu.

Ancaq Dini Lider Əli Xameneiyə olan sədaqəti onun yüksəlməsinə yol açıb ki, nəticədə, İran İslam Məsləhət Şurasına seçilib. Beləliklə, İran rejimində Laricani ailəsinin dövrü də tamamlanıb.

Keçmişdə özünü mülayim biri kimi təqdim edən Qalibafla bağlı 2005-2017-ci illər arasındakı bələdiyyə başçılığı dövrünə aid korrupsiya ittihamlarını unudan 264 deputatdan 230-nun səsini alaraq rəhbər olmuşdu.

Gündəlikdəki digər bir məsələ də radikal deputatlardan olan Müktəba Zunnurun (Zunnureyn) ötən bazar ertəsi verdiyi açıqlamalar idi. Zunnur keçən noyabr ayının ortalarında benzin qiymətlərindəki artıma görə başlayan etiraz nümayişlərində öldürülən nümayişçilərin sayını daha az göstərməyə çalışıb.

İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) verdiyi açıqlamada itki sayının 230 olduğunu bildirməklə yanaşı, həm qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı öz hesabatında öldürülənlərin əksəriyyətinin başından ya da sinəsindən vurulduğunu, yəni təhlükəsizlik qüvvələrinə etirazçıları öldürmək əmri verildiyini bildirsə də, bu, doğru deyil.

Halbuki ötən dekabr ayında “Reuters” xəbər agentliyi Xameneinin ətrafındakı yaxın üç mənbədən noyabr ayındakı etiraz nümayişlərində 500-ə yaxın insanın öldürüldüyünü və Xamaneinin təhlükəsizlik qüvvələrinə açıq şəkildə “etirazı dayandırmaq üçün lazım olan hər şeyi edin” dediyini öyrənib.

Buna baxmayaraq, bütün bu proseslər və gündəm İranın nizami ordusu içində közlərin alovlandığını gizlədə bilməyib. İran ordusunun daxilində bütün qərarların İnqilab Keşikçilərinin əlində olduğunu qəbul edən və buna tabe olan komandirlər qədər, İnqilab Keşikçilərinin təsirindən, ruhanilərin ucaldılmasından və sahib olduqları gücdən şikayət edənlər komandirlər də var.

İran adət-ənənələrinin tələb etdiyi kimi, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hüseyn Bakiri İran İslam Respublikasının qurucusu Ayətullah Xomeyninin anım mərasimində etdiyi çıxış zaman düşmənlərə heç bir zamanda və məkanda bir səhv belə buraxmamalarını deyərək xəbərdarlıq edib.

Burada diqqət çəkən əsas məqam Hizbullahın Baş katibi Həsən Nəsrullahın bu münasibətlə hər hansı bir çıxış etməməsidir. Baş Qərargah rəisi düşmənləri qorxutmaq vəzifəsini öz üzərinə götürmüş kimi görünür, çünki İran İnqilab Keşikçiləri ona qarşı sanksiyalar və təhdidlər yeridir, üstəlik, Qüds Qüvvələri komandiri Qasım Süleymani öldürüldükdən sonra da müəyyən parçalanmalar ortaya çıxıb.

Bakiri də buna görə, İran Silahlı Qüvvələrinin düşmən hərəkatkara cavab verməyə və təhdidlərlə üzləşməyə tam hazır olduğunu elan edib.

ABŞ-ın hazırda Bəsrə körfəzində təşkil etdiyi hərbi təlimlərə toxunaraq nizami ordu qüvvələrinin gücünü möhkəmləndirmək, müdafiə qabiliyyətlərini artırmaq və hücum metodlarını modernləşdirmək strategiyasına bağlı olduğunu
bildirib.

Məhəmməd Hüseyin Bakiri həm də sionist hegemoniyasının və regional mürtəce rejimlər cəbhəsinin İrana qarşı hərbi təhdidlərinin və iqtisadi müharibələrin sona çatdığını və uğursuz olduğunu bildirib.

İranın İslam dünyasında qurduğu müqavimət qruplarını tərifləyib. Qərbi Asiyadakı müqavimət cəbhəsinin qələbəsini də qeyd edib. Bu aktiv müqavimətin Böyük Yaxın Şərq və Əsrin Müqaviləsi ilə bağlı sui-qəsdlərin qarşısını aldığını vurğulayıb.

Bakirinin sözlərinə görə, bu qrupların ən vacib uğuru ABŞ-ın bölgədən çıxmasını regional və qlobal bir tələbə çevirməsi idi. Bu sözlərlə İran dünyanı və bölgəni Venesuela və Hizbullahla məhdudlaşdırır.

Çünki bu məsələdə onu yalnız Venesuela və Hizbullah dəstəkləyir.

Venesuela prezidenti Nikolas Maduro da yaxın zamanda İrana səfər edəcəyini açıqlayıb.

Bakirinin açıqlamaları digər komandirlərin maddi və mənəvi cəhətdən kənarda tutulduqları, təkcə titul və ulduzlardan ibarət olduqlarını hiss etdikləri və hətta medianın da onlara biganə olduqlarını düşündükləri mənasına gəlmir.

Bir gün əvvəl Baş Qərargah rəisinin müavini Admiral Həbibullah Səyyari hər kəsi hədəf alan açıqlamalar verib. Hamısı məqsədlərinə çatdılar, lakin gizli qüvvələr, yəni İnqilab Keşikçiləri onları mənasız kimi göstərməyə və qarşısını almağa çalışıblar. Ancaq bunları müzakirə edərkən Səyyarinin açıqlamaları artıq yayılmışdı.

Səyyari əvvəlcə dövlət mediasının nizamlı orduya məhəl qoymaması barədə acı narazılığını ifadə edib. Halbuki bundan əvvəl nizami ordu komandirləri İnqilab Keşikçilərini tənqid etmək bir tərəfə, ölkənin iqtisadi və siyasi məsələlərini şərh etməkdən belə qəti şəkildə çəkinirdilər.

Səyyari İranın rəsmi xəbər agentliyi olan İRNA ilə müsahibə zamanı verdiyi açıqlamalarla xəbər agentliyini çətin vəziyyətdə qoyub. Ordunun qaydalara hörmət edərək iqtisadi və siyasi fəaliyyətlərə qarışmadığını vurğulayıb, lakin bunu da əlavə edib:

“Bu, bizim siyasətdən heç nə başa düşmədiyimizi göstərir? Qətiyyən. Siyasəti çox yaxşı başa düşürük və diqqətlə təhlil edirik, amma müdaxilə etmirik. Çünki ordu siyasətə qarışmaq üçün çox zərərli və dağıdıcıdır”.

Səyyari daha sonra dövlətə bağlı olan Radio və Televiziya Korporasiyasının (Seda və Sima) da olduğu media orqanlarını hərbi qüvvələrə məhəl qoymadıqları üçün tənqid edib. Ordunun ölkə daxilindəki təsirinin zəif olduğunu ortaya qoyub.

Həmçinin, ordunu səhlənkarlıqda günahlandırıb İran suları ilə bağlı şərhləri canlı yayımda göstərdikdən sonra İran Radio və Televiziya Korporasiyasına qarşı məhkəmə iddiası qaldırdığını və direktoruna bir məktub yazdığını, ancaq heç kimin bu məktuba cavab vermədiyini söyləyib.

Səyyari İRNA-ya verdiyi müsahibədə ordunun təbliğat fəaliyyətindən belə tamamilə kənarda olduğunu bildirib. Buna qarşı din xadimlərinin pulemyotla bütün bir hərbi hissəni məhv edə biləcək yalançı qəhrəmanlar kimi göstərildiyini deyərək belə bir sual verib: Əgər belədirsə, onda İraqla müharibə niyə 8 il davam etdi?

Bu müharibənin şahidi olduğum üçün deyə bunu bilərəm ki, İranda ordu hücumlarından əvvəl uşaqlar sərhəddəki minaları partlatmağa göndərilirdi. Din xadimləri uzaqda ağ atlarla təsəvvür edilirdilər, Xomeyni də gənclərə Əbabil quşları haqqında danışardı.

Bu gənclər mina və bombalar altında həyatını itirərkən ertəsi gün başqa gənclərin xəyallarında iştirak etmək istəyən ruhanilər ağ atları ilə birgə yox olardılar.

Admiralın qəzəbi və narahatlığı bununla məhdudlaşmırdı, həm də kinoya və İran-İraq müharibəsindən bəhs edən “Che” filminə qədər uzanırdı. Film yeni İran nəslinə reallığı təhrif olunmuş şəkildə danışdığı üçün məyus olduğunu dilə gətirib. Filmin rejissoru İslam İnqilabının Rejissoru kimi tanınan İbrahim Hatemikiya idi.

Film general Vəliyullah Fəllahinin müharibədəki rolunu pisləyirdi. General Fəllahi müharibə zamanı İran Quru Qoşunlarının komandanı idi və birinci ilində ön plana çıxmışdı. O, 29 sentyabr 1981-ci ildə hər üç komandirin də olduğu təyyarənin düşdüyü şübhəli bir qəzada ölmüşdü.

Səyyari “Che” filmindəki Komandir Fəllahi roluna görə tamamilə məyus olduğunu və rejissora “bu, mənim komandirim deyil, buna görə filmə baxanda ağladım”, deyib.

Qəribədir ki, film nizami ordunun müharibədəki rolunu ciddi şəkildə azaldıb və Xomeyninin ordu da daxil olmaqla, şahın bütün mirasından qurtulmaq üçün göstəriş verməsi ilə o dövrdə yeni yaradılan bir qüvvə olan İnqilab Keşikçilərinin rolunu ucaldırdı.

Yenə də qəribədir ki, IRNA Admiral Səyyari ilə bağlı reportajı haqqında “General Əmir Səyyarinin ordusu haqqında danışılmamış hekayələr” başlığı ilə yayımladığı, 14 dəqiqədən qısa olan videoçarxın dərc olunmasından bir neçə saat sonra heç bir açıqlama vermədən həmin videonu yayımdan sildi.

Bu davranışı ilə İRNA dövlətə bağlı olan media orqanlarını ordunun rolunu heçə sayıb, İnqilab Keşikçilərinin hərəkətlərini tərifləməkdə günahlandıran Admiral Səyyarini haqlı çıxarmış oldu.

Ancaq Bakirinin açıqlamaları ilə Səyyarinin ortaya qoyduğu məlumatlarla məlum olub ki, İnqilab Keşikçiləri və Bəsic quldurlarının təxribatlatı altında nüfuzunu itirən İran ordusu daxilində gizlənmiş bir çox sirr olduğu ortaya çıxıb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar