İranın Əlborz vilayətinin Nəzərəbad bölgəsində təlim təyyarəsi qəzaya uğrayıb.
Təyyarə təlim üçün havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. Nəticədə 2 nəfər ağır yaralanıb.
Vilayətin səhiyyə xidmətləri idarəsinin rəisi Mehrdad Babayi mətbuat nümayəndələrinə bildirib ki, yaralılar helikopterlə yaxınlıqdakı Kərəc şəhərinə aparılıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti çox ağır qiymətləndirilir.
İranın hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.(virtualaz.org)
pia.az