Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda sensasiyalı qalmaqal

İranın Şiraz şəhərində qurulmuş böyük plakat İran-İraq müharibəsində şəhid olanlara həsr edilmişdi

Amma əksinə məsxərələrə səbəb olaraq tezliklə sökülüb. Çünki plakatda əks edilənlər İran yox, onun qatı düşməni olan İsrailin əsgərləri olub.

Bu yolverilməz səhvə görə Şirazın bələdiyyə idarəsi təhqiqata başlayıb.

Plakatda uçurumun qarşısında dayanmış üç əsgər buludlara baxan yerdə əks edilmişdi. Plakat 1980-1988-ci illərdə davam etmiş İran-İraq müharibəsinin 38-ci ildönümünə həsr olunmuşdu. Bu müharibədə İraqİranın 500 min əsgəri həlak olub. Elə bu qədər də mülki əhali tələf olub.

Plakat qurulduqdan sonra bəzi Şiraz sakinləri şəkildəki əsgərlərin İsrailin hərbi formasında olduqlarına diqqət yetiriblər. Bundan sonra İranın sosial mediasında tənqid və məsxərə dalğası başlanıb.

Üstəlik bu da bəlli olub ki, plakatın orjinalındakı əsgər qadın redaktə olunaraq şəkildən çıxarılıb.

@bahmanazadi124 ünvanlı bir Twitter istifadəçisi sentyabrın 27-də yazıb: “Şiraz rəsmiləri “Şəhidlər həftəsini” inqilabi bir tərzdə qeyd edərək İsrail ordusunun üç əsgərinin nəhəng plakatını ucaldıblar”.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?


İstifadəçi 1979-cu ildə hakimiyyətə gəlmiş ruhani hakimiyyəti inqilabçı sözü ilə dolayıb:

Plakat hətta İsrail Xarici İşlər Nazirliyinin farsca “Twitter” hesabında da lağa qoyulub:

Sentyabrın 27-də Şiraz Şəhər Bələdiyyəsinin müdiri Səyyad Əhmədrza Dastgheyb deyib ki, sionist rejimin əsgərlərinin şəklindən istifadə edilməsinə dair təhqiqata başlanmasına göstəriş verib və deyib ki, günahkarlar ciddi cəzalandırılacaqlar.

pia.az


Etiket: İran plakat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar