Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda səngimək bilməyən etirazlar... - Demokratlar yeni “ərəb baharı”na İranda start verir?..

Etirazlar sıradan bir etiraz kimi dəyərləndirilməlidir­, yoxsa İrandakı rejim üçün doğrudan hansısa təhlükələr mövcuddur?.. 

Politoloq: “İranda illik inflyasiya 42%-i üstələyib. İqtisadiyyatda 9%-a yaxın geriləmə var. Bununla yanaşı İranda korrupsiya, inhisarçılıq halları artıq total xarakter alıb”.

İranın uğursuz aqresiv xarici siyasət kursu da məhdud maliyyə resurslarını iqtisadiyyata yönəltməyə mane olur. Belə bir şəraitdə yeni seçilmiş İran prezidenti İbrahim Rəisinin elan etdiyi islahatları uğurla həyata keçirmək çox çətin olacaq”.

Bu sözləri politoloq Zaur İbrahimli İranda prezident seçkilərindən sonra “su etirazları” adı verilən və səngimək bilməyən etirazları PİA.az-a şərh edərkən bildirib.

İranda yeni prezidentin inaqurasiyası ərəfəsində “Su etirazları” bütün ölkəni bürüməkdə və böyüməkdədir. Ölkənin neftlə zəngin cənub-qərbində susuzluq problemi yaşanır. Bu, son 50 ildə ən kəskin su problemidir. Xuzestan vilayətində çayların səviyyəsinin enməsi regionda içməli su qıtlığı yaradıb. Su qıtlığı isə elektrik təchizatında problemlərə səbəb olub.

Qeyd edək ki, ötən ay İranın enerji sektorunda da maaşların artırılması tələnbilə tətillər keçirilirdi. Hakimiyyət isə bir qayda olaraq etiraz aksiyalarına görə xarici qüvvələri günahlandırır, onları etirazları qızışdırmağa cəhddə ittiham edirdi.

Bu etirazlar artıq sosial platformadan siyasi platformaya keçib və İranın əsas şəhərlərinə sıçrayıb. İranın əsas şəhərlərindən olan Təbriz və Tehranda da etirazlar bir neçə gündür ki, davam edir. Təbrizdə keçirilən etirazlarda milli şüarlar səsləndiriliri. Hökümət qüvvələrə ilə qarşıdurmada etirazçılar arasında çoxlu sayda ölənlərin da olduğu bildirilir.

Etirazlar sıradan bir etiraz kimi dəyərləndirilməlidir­, yoxsa İrandakı rejim üçün doğrudan hansısa təhlükələr mövcuddur? Və Demokratların hakimiyyətdə olduğu indiki dönəmdə yeni “ərəb baharı” hərakatının İrandan başlamasına ehtimal vermək olarmı?

İranda baş verən son hadisələri PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “İran indiki xarici siyasət kursundan imtina etməsə və aqresiv xarici siyasi kursu davam etdirsə, sanksiyalardan qurtula bilməyəcək və etirazlar da böyüyyərək öz cığırından çıxacaq”.

Yaxın perspketivdə İran iqtisadiyyatında ciddi dönüş əldə edilməsə və insanların donaşığında pozitiv göstəricilər olmasa, sosial etirazların davamlı xarakter alacağını proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, İranda ötən əsrin 40-50-ci illərində baş verən proseslər təkrarlana bilər:

İranda sosial etirazların olması gözlənilən idi və prezident seçkilərinin nəticələri, seçki kampaniyası dövründə müşahidə olunan meyillər bunu deməyə əsas verirdi. Prezident seçkilərində seçicilərin əksəriyyəti faktiki olaraq seçkiləri boykot etdilər, 2017-ci ildə keçmiş president Həsən Ruhanin qalib olduğu seçkilərdə seçicilərin 73.3% iştirak etmişdi. Bu dəfə isə cəmi 49% iştirak etdi. Seçki kampaniyası isə əsasən sosial-iqtisadi problemlərin gündəliyə gətirilməsiylə yadda qaldı.

İrana 2018-ci ildə ABŞ tərəfindən tətbiq olunan sanksiyaların sərtləşdirilməsindən­ sonra 2019-cu ildən etibarən iqtisadi tənəzzül daha qabarıq hiss olunmağa başlayıb. İllik inflyasiya 42%-i üstələyib. İqtisadiyyatda 9%-a yaxın geriləmə var. Bununla yanaşı İranda korrupsiya, inhisarçılıq halları artıq total xarakter alıb.

Son prezident seçkilərində hətta namizədlər belə bu barəd açıq danışdılar. İranın iqtisadiyyatının yeni texnologiyaıara çıxışının olmaması, dünya iqtisadiyyatından təvrid olunması, sərmayənin olmaması islahatları çətinləşdirir. Həmçinin, artıq ali siyasi rəhbərliyin faktiki olaraq ölkədə biznes elitaya çevrilməsi yaxşı idarəetməni qeyri-mümkün edir. Belə bir şəraitdə xarici siyasət təşəbbüsləri, yaxud ideoloji təbliğatla iqtisadi-sosial problemləri ört-basdır etmək mümkün deyil. Dövlətin güc strukturları vasitəsilə də bu etirazları yatırmaq səyləri yalnız müvəqqəti effekt verə bilər.

Zaur İbrahimli: “İranda siyasi və biznes elitası ilə xalq arasında dərin bir uçurum yaranıb”.

Başqa bir problem milli-etnik zəmində ayrıseçkiliklə bağlıdır. İranda 40 milyondan çox soydaşımızın elementar hüquqları tanınmır, onların yaşadığı coğrafiyada iqtisadi inkişaf üçün tədbilər həyata keçirilmir. İranda siyasi və biznes elitası ilə xalq arasında dərin bir uçurum yaranıb. Həmçinin İranın uğursuz aqresiv xarici siyasət kursu da məhdud maliyyə resurslarını iqtisadiyyata yönəltməyə mane olur. Belə bir şəraitdə yeni seçilmiş İran prezidenti İbrahim Rəisinin elan etdiyi islahatları uğurla həyata keçirmək çox çətin olacaq.

İran indiki xarici siyasət kursundan imtina etməsə və aqresiv xarici siyasi kursu davam etdirsə, sanksiyalardan qurtula bilməyəcək və etirazlar da böyüyyərək öz cığırından çıxacaq. Onilliklər böyu sanksiyalar altında qalmaq isə artıq İranın resurslarını minumuma endirib. Yaxın perspketivdə İran iqtisadiyyatında ciddi dönüş əldə edilə bilinməsə, sosial etirazlar davamlı xarakter alacaq. Hesab edirəm ki, İran höküməti xalqın tələblərinə qulaq verməyəcəyi halda İranda ötən əsrin 40-50-ci illərində baş verən prosesləri təkrarlana bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar