İranın Gilan əyalətində sel daşqınları olub.
APA-nın Tehran bürosunun məlumatına görə, daşqın iki nəfərin həyatına son qoyub.
Gilan əyalətinin bəzi bölgələrində daşqınların həcmi, əyalətin meteorologiya və böhran idarəçiliyinin gözləntilərinin əksinə olaraq, 240 mm-dən çox olub və vurduğu ziyanla yanaşı, iki nəfərin həyatına son qoyub. Hər iki zərərçəkən körpüdən keçərək çaya düşüb.
Sel nəticəsində bəzi evləri su basıb və xilasedicilər əraziyə cəlb olunublar.
pia.az