Bazar, 29 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İranda sabah “seçki şousu” göstəriləcək… - Xamenei bu dəfə kimin seçilməsinə icazə verəcək?

Fevralın 21-də İranda keçiriləcək 11-ci dönəm Məclis seçkilərində islahatçı namizədlərin veto edilməsi və bir çox seçki bölgəsində mühafizəkarların rəqibsiz yarışa girməsi rejimin lideri Əli Xameneinin həlledici rolunu yenidən ortaya qoyub...

“Mecra” qəzeti, Türkiyə, 19 fevral 2020-ci il

Sistemin digər sütunları kimi, seçkidəki son sözü də Ali Dini lider Xamenei deyir və namizədlər rejimin kritik qurumlarından biri olan Konstitusiya Şurası tərəfindən təyin olunur. Bu dəfəki seçkidə iştirakın az olacağı gözlənilir, çünki cümə günü keçiriləcək seçkilərində 30 islahatçı partiyadan yalnız 9-u iştirak edəcək.

İslahatçı namizədlərin çoxu seçkidən kənarlaşdırıldığı üçün İrandakı seçkidə iştirakın az olacağı müzakirə olunarkən bütün gözlər yenidən lider Əli Xameneinin həlledici roluna çevrilib.

Fevralın 21-də İranda keçiriləcək 11-ci dönəm parlament seçkilərdə islahatçı namizədlərin qarşılaşdığı veto maneəsi ölkədəki seçki sistemini yenidən gündəmə gətirib. Namizədlərinin əksəriyyəti veto edildiyi üçün Əli Mütəhhəri, Mahmud Sadıqi, İlyas Həzrəti, Qulamrıza Heydəri, Fatma Səidi və Teyyubə Siyavuş kimi islahatçılar seçkilərə blok şəklində girə bilmirlər. Seçkilərdə 30 islahatçı partiyadan yalnız 9-u iştirak edir.

Konstitusiya Şurasının müşaviri Abbas Əli Kədxudayi İran Məclisindəki 247 deputatdan 90-nın namizədliklərinin rədd edildiyini açıqlayıb. Kədxudayi ərizələrin 34%-nin əvvəlcədən ilk mərhələdə rədd edildiyini və 5 mindən çox müraciətin qəbul edildiyini bildirib.

Prezident Həsən Ruhani seçki prosesində Konstitusiya Müdafiə Şurasına çağırış edərək seçkinin rəqabətli keçməsi üçün namizədlər arasında tərəf tutmamasını və hər kəsin seçkiyə getməyini təmin etməsini istəyib. Şuranın vetolarını sərt şəkildə tənqid edən Ruhani bu həftə tənqidin dozasını azaldaraq seçkilərdə iştirak edilməsi üçün çağırışlar edib.

İranda daha çox təyin edilmiş şəxslərin üstünlük təşkil etdiyi sistem seçkilərlə hakimiyyətə gələn şəxslərə hərəkət imkanı vermir. Bu vəziyyət hər il mübahisələrə səbəb olur və islahatçıların mühüm simalarından olan Mustafa Taczadə seçki sisteminin dəyişdirilməli və ölkə lideri Əli Xameneinin səlahiyyətlərinin məhdudlaşdırılmalı olduğunu söyləyib. Taczadə rəhbərliyin və prezident səlahiyyətlərinin birləşdirilərək daha sərbəst mühitdə seçkilərin keçirilməsi kimi bir sıra təkliflər irəli sürüb.

Ölkə lideri Xamenei rejimin ən ali orqanı olan “Vilayət-i Fəqih”i təmsil edir və ölkəni “Vəli-i Fəqih” adı ilə idarə edir. Fiqh alimlərinin idarəsi mənasını verən Vilayət-i Fəqih İran İslam Respublikası konstitusiyasının əsasını təşkil edir.

O, Vəli-i Fəqih İslam cəmiyyətinin hökmdarı sayılır.

Vəli-i Fəqih “Mehdinin yer üzündəki vəkilləri olan şiə ruhaniləri” deməkdir. Vəli-i Fəqih “Mehdi” meydana çıxana qədər İslam cəmiyyətinin hökmdarı sayılır.

Şiə məzhəbində Məhəmməd Peyğəmbərin 12-ci nəsildən nəvəsi olan “Mehdi”nin bir gün dünyaya qayıdacağı və yer üzündə həqiqi ədalət təmin ediləcəyi güman edilir.

Vəli-i Fəqih anlayışı 1989-cu ildə ölümünə qədər ölkəni idarə edən inqilabçı Ayətullah Xomeyni tərəfindən “İslamda Hökümət” kitabında izah edilmişdi. Bu nəzəriyyə konstitusiyaya da yerləşdirilib.

Konstitusiyada dövlətin əsas orqanları qanunvericilik, icra və məhkəmə olaraq təsbit edilib. Ancaq “rəhbər” titulu da daşıyan lider bu qurumların fəaliyyətinə müdaxilə edə bilir.

Prezidentin icranın başında olmasına baxmayaraq, daxili və xarici siyasətdə prioritetlərin müəyyən edilməsi, həmçinin müharibə və ya sülh qərarı da liderin səlahiyyətindədir.

Parlament seçkiləri də lider səlahiyyətinin kölgəsindədir.

Rejimin ən kritik qurumlarından biri olan Konstitusiya Müdafiə Şurasının 12 üzvündən 6-sı birbaşa lider Xamenei tərəfindən təyin edilir.

Ölkədəki parlament və Ekspertlər Şurasında namizəd olmaq üçün liderə bağlı olan Konstitusiya Müdafiə Şurasının razılığını almaq lazımdır. Namizədlər liderin seçmək istədiyi insanlardan ibarətdir. Xalqa yalnız qarşısına çıxarılan şəxslər arasından seçim edə bilər. Bu vəziyyət xalqın iradəsinni seçkilərdə əks olunmasına mane olur. Buna görə, lider tərəfindən formalaşdırılan Konstitusiya Müdafiə Şurası xalqın səs verdiyi seçkilərdə namizədləri müəyyənləşdirdiyi üçün həm millət vəkilləri, həm də Ekspertlər Məclisindəki ruhanilər son illərdə əsasən mühafizəkarlardan ibarətdir.

Konstitusiya Mühafizə Şurası prezident seçkilərində namizədləri kənarlaşdırmaq səlahiyyətinə də malikdir.

Qanunverici orqan olan “İslam Şurası Məclisi” hər 4 ildən bir seçki ilə hakimiyyətə gələn 290 deputatdan ibarət olur. Parlament tərəfindən qəbul edilən qanun layihələri “Konstitusiya Müdafiə Şurası”nın razılığı olmadan qəbul edilə bilməz.

İqtidarı şübhə altına düşə bilməz

Lider Xamenei, eyni zamanda, Baş komandirdir və ali komandanlıq birbaşa özü tərəfindən təyin olunur.

Əgər lider vəfat etsə, onun varisi Ekspertlər Məclisi tərəfindən müəyyən edilir. Məclisin rəhbərə nəzarət etmək səlahiyyəti olsa da, onun fəaliyyəti heç bir halda sorğulanmır. Bundan əlavə, üzvlərinin yarısı lider Xamenei tərəfindən təyin edilən, qalanları isə lider Xameneinin təsirində olan məhkəmə hakimiyyəti tərəfindən seçilən Konstitusiya Müdafiə Şurası məclis seçkilərinə müraciət edən namizədləri təyin edir.

Liderin bütün ictimai və muxtar qurumlarda nümayəndələri var. Bəzi ictimai qurumların rəhbərlərini şəxsən təyin edən liderin rəhbər altında fəaliyyət göstərən qurumlarda da nümayəndəsi olur.

Liderin vilayətlərdə təyin etdiyi cümə namazı imamları da vilayətin idarə heyəti üzvü hesab edilir. Dövlət radio və televiziyasının üzvləri və rəhbərləri də lider Xamenei tərəfindən təyin olunur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Azərbaycanda fövqəladə vəziyyət elan edilə bilər – Rəsmi

Cavid Qurbanov Prezidentin koronavirus sərəncamına qarşı - Video

İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi

İbrahim Məmmədov: "Sərhədlərin tam bağlanması müzakirə olunur"

Ölüm qapının astanasındadır - Zarafat zamanı deyil!

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - Yenilənib, Video, Fotolar

Azərbaycanda qorxunc hadisə: Gözəgörünməz varlıq fermanı bir-birinə qatdı - Video

loading...

Ən çox oxunanalar