Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda Ramazan ayı ilə bağlı məhdudiyyətlər açıqlanıb

İranda Ramazan ayında dini ayinlərin keçirilməsi üçün xüsusi göstəriş verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın səhiyyə naziri Səid Nəməki bildirib. Nazir virusa yoluxmanı azaltmaq üçün hamını bu xüsusi göstərişi yerinə yetirməyə və ölkə məscidlərində xüsusi sağlamlıq protokollarının həyata keçirilməsinə çağırıb.

S. Nəməki qeyd edib ki, Ramazan ayında gündəlik namazlar yarım saat ərzində, minimum insanın iştirakı ilə və açıq havada qılına bilər.

Həmçinin bildirilir ki, Qədr gecələrində ötən il olduğu kimi, məsafə qorunmaq şərtilə məhdud sayda insanın iştirakı ilə 2 saat ərzində proqram həyata keçirə bilər.

Xüsusi göstərişdə qeyd olunur ki, koronavirusa görə vəziyyət ağırlaşarsa qadağalar tətbiq olunacaq.

Səhiyyə Nazirliyi virusun geniş yayılmasını nəzərə alaraq, insanların dini ayinləri evlərində yerinə yetirməyə və televiziya vasitəsilə mərasimləri izləməyə çağırıb.

Qərargahın göstərişinə görə, Ramazan ayında məscidlərdə iftar süfrələri təşkil olunmayacaq və sadə iftar yeməkləri məscidlərin ətrafındakı yoxsul ailələrə paylanacaq.

Qərargah bütün məscidlərə sağlamlıq protokollarına əməl etməyə göstəriş verib və sağlamlıq protokollarına əməl etməyən məscidlərə öncə xəbərdarlıq olunacaq və daha sonra əgər yenə qaydaları pozarlarsa, həmin məscidlərin fəaliyyəti dayandırılacaq.

İranda məscidlərdə namaz və ibadət, quran oxumaları və xütbələr canlı olaraq televiziyadan yayımlanacaq.

Qeyd edək ki, aprelin 9-dan İranda koronavirusun dördüncü dağlasının daha da yayılmaması üçün ölkədə zəruri sahələr istisna olmaqla bütün iş yerləri bağlıdır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar