Cümə axşamı, 17 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İranda qadınlar stadionda futbol izləyə biləcəklər

İranlı qadınların stadionda futbola baxmasına şərait yaradılacaq

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İranın vitse-prezidenti Hüseyn Əli Əmiri bildirib.

Vitse-prezident hazırda ölkənin bütün stadionlarında yenidənqurma işləri aparıldığını nəzərə çatdırıb. Qadınların stadiona daxil olmaları üçün xüsusi keçidlər qurulur və kişilərdən ayrı oturmaları üçün bölmələr inşa edilir.

Vitse-prezident deyib ki, futbol kimi maraqlı bir oyuna baxmaq hüququnu qadınlardan almaq olmaz.

İranlı qadınların oktyabrın 10-da Azadi stadionunda İranKamboca komandaları arasında keçirilən görüşü izləyə biləcəkləri də açıqlanıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

Şərh yazın.

loading...

Ən çox oxunanalar