Bazar, 15 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İranda etirazlar: nə baş verir?

İrandakı son etiraz dalğasını fərqli edən nədir?..

15 noyabrda yanacağın bahalaşmasına qarşı baş qaldırmış etirazlar ölkədə rejim dəyişikliyi çağırışlarına çevrilib.

Ölkə boyu etirazçılar küçələrə axışaraq Ali Liderin şəkillərini yandırıb, onu diktator adlandırıblar.

BMT və Amnesty İnternational-ın bildirdiyinə görə, İranın onlarla şəhərində baş vermiş altı günlük zorakı etirazlar nəticəsində təxminən 106 nəfər həlak olub. Ölü sayının çox ola biləcəyi də deyilir. Ölkədə internetə giriş də məhdudlaşıb.

İran hələki ölənlərin sayını təsdiqləməyib və etirazlara görə "xarici düşmənlərlə əlaqəsi olan quldurları" günahlandırıb.

BMT-nin etirazçılara qarşı canlı sursatdan istifadə etməməklə bağlı xəbərdarlığına baxmayaraq, yayılmış video görüntülərdə təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açdığı görünür.


İrandakı son etiraz dalğasından sonra 100-dən çox etirazçı və üç təhlükəsizlik işçisi öldürülüb

Etirazların sərt şəkildə yatırılmasından sonra İran prezidenti Həsən Ruhani bildirib ki, "düşmənin" sui-qəsdinin qarşısı alınıb.

Bəs bu etirazlar nə ilə fərqlənir?


Tehranda ictimai və şəxsi əmlaka ziyan dəyib

BBC-nin İran eksperti hesab edir ki, bu etirazlar "son dərəcə qəddarlığı, geniş yayılmış vandalizmi və amansızca yatırılmasına" görə fərqlənib.

Müşahidəçilərin bildirdiyinə görə, belə bir tapşırıq olub ki, "etirazlar heç bir mərhəmət nümayiş etdirmədən mümkün qədər tez dağıdılmalıdır".

Ekspertlər həmçinin diqqəti ona çəkirlər ki, son etirazlar təkcə Tehranda deyil, bütün ölkə boyu yayılıb.

Həmçinin bu etirazlar "son illərdə ilk dəfədir ki, lidersizdir və ona orta sinifdən də insanlar qoşulub".

Kim etiraz edir?


Ölkə boyu artan yanacaq qiymətləri və benzinin satışına qoyulmuş məhdudiyyətlər uzun növbələrə səbəb olub

"Bizim çoxlu iqtisadi problemlərimiz var. Ət bahadır, toyuq bahadır, yumurta bahadır... indi isə yanacaq", etirazçılardan biri BBC-ə bildirib.

BBC eksperti də bu fikirlə razıdır: "bu etirazların arxasında qəzəb dayanır".

Etirazlar ölkənin daha kasıb bölgələrində başlasa da, tezliklə ölkə boyu yayılıb.

ABŞ 2018-ci ildə sanksiyaları yenidən tətbiq etməyə başlayandan bəri İran olduqca çətin iqtisadi təzyiqlə üzləşib.

İnflyasiya 40 faizdən çoxdur, işsizlik isə 15 faiz.


Qəzəb artdıqca ölkədə vandalizm də yayılmaqdadır

Nəticədə Prezident Ruhani "seçki kampaniyasında verdiyi bir çox sözlərə əməl edə bilməyib", yerli müşahidəçilər deyirlər.

İndi isə o, sosial bazasını itirməkdədir, "orta təbəqənin məyusluğu qəzəbə çevrilib və o, etirazlara qoşulub", BBC eksperti bildirir.

Etnik azlıqlarla mərkəzi hakimiyyət arasında gərginlik də etirazların genişlənməsinə yol açıb.

İnternetin kəsilməsi


Qeyri biznes təşkilatı olan Netblock internetin sürətini izləyib

Şənbə günündən bəri İnternetin bağlanması etirazların miqyası və nəticəsi ilə bağlı görüntülərin əldə olunmasına mane olub, BBC-nin eksperti bildirib.

Lakin Amnesty İnternational təşkilatından Madyar Saminejad-ın bildirdiyinə görə, aydın olub ki, "İranda qətllər dağlası davam edir və indiyə qədər 21 şəhərdə azı 106 nəfər öldürülb".

İnternetsizlik etirazçıların bir-biri ilə əlaqəsini də çətinləşdirib, müşahidəçilər bildirir.

Bir çox iranlılar wi-fi vasitəsilə interenetə qoşulur, lakin şənbə günündən bəri milyonlarla insan internetsiz qalıb

İranı nə gözləyir?

Etirazçılar küçələrdən təmizləndikdən sonra hökumət öz dəstəkçilərini küçələrə çıxarıb.

Prezident Ruhani deyib: "Bu onu göstərir ki, illərdir bunu planlaşdıran düşmənlərimiz məğlub edildi".

Etirazların arxasında kimin dayandığı aydın deyil. Prezident isə ABŞ, İsrail və Səudiyyə Ərəbistanının dəstəklədiyi "dağıdıcı ünsürləri" günahlandırıb.

İranın dövlət mediası bildirir ki, indi hər şey qaydasındadır, lakin əldə olunan məlumatlara görə, etirazlar hələ yekunlaşmayıb.

İqtisadiyyatın zəiflədiyi bu məqamda insanların qəzəbinin tezliklə soyuyacağı gözlənilmir.(bbc)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İran


loading...

Ən çox oxunanalar