İranda əcnəbilərdən doğulan uşaqlara vətəndaşlıq veriləcək...
İranda yerli qadınların əcnəbi vətəndaşlarla nikahdan dünyaya gətirdikləri uşaqlara vətəndaşlıq veriləcək.
PİA.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İranın Konstitusiyanı Mühafizə Şurasının sözçüsü Əli Abbas Kədxudai “Twitter”dəki səhifəsində məlumat verib.
Bildirilib ki, Mühafizə Şurası bununla bağlı qanun layihəsini təsdiqləyib.
pia.az