Bazar, 15 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İranda benzin bahalaşdı, ölkəni etirazlar bürüdü: ölən var

İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz olaraq aksiyalar keçirilib

PİA.az virtualaz.org-a istinadən bildirir ki, Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları, mitinqlər olub.

Kirman əyalətinin Sircan şəhərində aksiya iştirakçıları yerli neft anbarını yandırmağa cəhd göstəriblər. Polis hadisənin qarşısını alıb. Bununla belə, aksiya zamanı bir nəfər ölüb. İRNA agentliyi bildirir ki, onun odlu silahdan açılan atəş nəticəsində öldürülüb-öldürülmədiyi araşdırılır.

Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyət güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Etiraz


loading...

Ən çox oxunanalar