Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda 300 tibb işçisi koronavirusa yoluxub

İranda indiyədək 300 tibb işçisi koronavirusa yoluxub.

PİA.az Trend-ə istinadən bildirir ki, bunu İranın Sosial Təminat Təşkilatının müalicə üzrə idarəsinin baş direktoru Əbülfəz Afəridə deyib.

Ə.Afəridənin sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçilərindən 10 nəfəri dünyasını dəyişib.

Afəridə əlavə edib ki, İranın tibb sektorunda təxminən 5 min həkim, 30 mindən çox tibb işçisi çalışır.

Təşkilat rəsmisi bildirib ki, İranda koronavirusa yoluxmuş xəstələrin müalicəsi 100% pulsuzdur. Sığortalanmış şəxslərdən heç bir vəsait tələb olunmur. Bununla belə Sosial Təminat Təşkilatın qeydiyyatında olmayan şəxslərdən müəyyən vəsait alınır.

"Hər bir koronavirusa yoluxmuş şəxsin müalicəsinə çəkilən xərcə gəldikdə, reanimasiya və ya xüsusi xidmətlərə ehtiyacı olmayan şəxslər üçün minimum 4-5 milyon rial (təxminən 95,2-119 dollar), həmin xidmətlərə ehtiyacı olan şəxslərə isə 200-250 milyon rial (təxminən 4,7-5,9 min dollar) vəsait xərclənir" -deyə o qeyd edib.

Qeyd edək ki, İranda yeni koronavirusa yoluxma halı ilk olaraq 19 fevralda elan olunub. İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (5 aprel) 58 226 nəfərin koronavirusa yoluxduğunu, 3 603 nəfərin öldüyünü və 22 011 nəfərin sağaldığını təsdiqləyib.

pia.az 


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar