Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və Ermənistanın feyk işbirliyi - Azərbaycan Ukraynaya silah verirmi?

 

Guya Azərbaycandan Ukraynaya aviabombaların, lazerli avia-zərbə raketlərinin göndərilməsi haqda məlumat yayılıb. Bu informasiya 8 təyyarə reysi orderinin fotoları və geniş bir şərh şəklində paylaşılıb.

Məlumatın İraqdan yayımlandığı deyilən “Sabereen News” Telegram kanalı paylaşılıb. Paylaşımdan 10 saat sonra həmin görüntüləri əks etdirən link “Sabereen News”un Twitter səhifəsində paylaşılıb.

Bakı neytrallığnı pozur?

Aydındır ki, “Sabereen News”un paylaşığı bu məlumat rəsmi Bakıya qarşı qurulan növbəti məkrli oyundur. Ancaq etiraf da etmək lazımdır ki, oyun yüksək peşəkarlıqla təşkil edilib.

Əvvəla onu qeyd edək ki, “Sabereen News”un yaydığı məlumatda açıq şəkildə qeyd edilir ki, Azərbaycanın neytral qalacağını deməsinə baxmayarq, müharibədə Rusiya Federasiyası ordusuna qarşı Ukrayna hökuməti və NATO-ya dəstək verir. Yəni buradan da aydın olur ki, “Sabereen News” dəstəkləyən güc faktiki olaraq Rusiya-Azərbaycan münasibətlərini baltalamağa çalışır.

Rəsmi Bakı Rusiya-Ukrayna müharibəsinin başladığı ilk gündən etibarən neytrallığını elan edib. Bununla belə, həm Rusiya, həm də Ukrayna tərəfi ilə təmaslar qurur. Azərbaycan tərəfi gərginliyin bitməsi, sülhün əldə edilməsi istiqamətində dəfələrlə vasitəçiliyini təqdim edib. Hətta hər iki ölkə başçısının Bakıda bir araya gəlməsi belə təklif edilib.

Azərbaycan bu günə qədər nə Rusiyaya qarşı Qərbin tədbiq etdiyi sanksiyalara qoşulub, nə də Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tanıyıb. Əksinə, ölkə başçısı Prezident İlham Əliyev vaxtaşırı çıxışları zamanı Ukrayna ərazilərinin işğala məruz qaldığını da deyib. Digər tərəfdən, rəsmi Bakı hazırda Ukraynaya ən çox humanitar yardım ayıran ölkələrdəndir. Bütün bu və digər səbəblər rəsmi Bakının Rusiya-Ukrayna müharibəsində neytral ölkə olduğunu və neytrallığına sadiq qaldığını sübut edir.

Pərdəarxasında İranErmənistan var!

“Sabereen News”un yaydığı məlumat indiki məqam da iki məkrli məqsədə xidmət edir:

1. Rəsmi Bakının neytrallığını şübhə altına almaq və ya elan etdiyi neytrallığa sadiq olmadığını dövriyyəyə buraxmaq;

2. Rusiya-Azərbaycan münasibətlərinin baltalanması;

Bu saman sual yaranır: Azərbaycanın Rusiya-Ukrayna müharibəsində neytral ölkə olmadığını isbat etmək və beləcə Rusiya ilə münasibətlərini korlamaq kimin maraqlarına uyğundur?

Bunda maraqlı iki ölkəni xüsusilə qeyd etmək olar - İranErmənistan.

Düzdür, “Sabereen News” saytı İraqın media resursudur, amma daha çox İrana yaxınlığı ilə diqqət çəkir. Daha dəqiq desək, dollayı yollarla SEPAH tərəfindən maliyyələşdirilir. Bir müddətdir İsrail-Azərbaycan münasibətləri üzərindən daxili auditoriyanı manipulyasiya etməyə çalışan İran indi də bakıya qarşı fərqli təzyiq üsullarına əl atır.

Rəsmi Tehran ilk dəfə deyil ki, belə bir addım atır. Belə ki, 2019-cu ildə də İsrail İraqda İrana bağlı Həşdi-Şəbi qruplaşmasına zərbələr endirəndə rəsmi Tehran hücum zamanı istifadə edilən PUA-ların Azərbaycandan qalxdığını iddia edirdi.

Maraqldır ki, həmin hadisə zamanı da bu iddia İran, RusiyaErmənistan mediasında geniş şəkildə tirajlanmışdı. Hətta informasiya Qərbdə müəyyən media resurslarına yol tapılmışdı.

Bu mənada “Sabereen News” saytının ölkəmiz əleyhinə yaydığı dezinformasiyanın pərdəarxasında məhz İranın dayandığını iddia etmək üçün ciddi səbəblər var.

O ki qaldı Ermənistana, rəsmi İrəvan İranın ölkəmiz əleyhinə yaydığı dezinformasiyanı geniş şəkildə tirajlamağa çalışır. Erməni lobbisi və diasporunun Rusiyada və Qərb ölkələrində nüfuzu məlumdur. Erməni disaporasına birbaşa və ya dolayı bağlı olan media qurumları mövcudur. Məsələn, Rusiyanın erməniyönlü xəbər agentliyi "Regnum”, “EADaily", baş redaktoru erməni Sarkis Tsaturyan olan “İA Realist”, qeyri-ciddi, provokativ məlumatları və dezinformasiyaları ilə məşhur olan “Tsargrad”, Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”, “1Lurer.am”, Soros Fondunun sponsorluğu ilə fəaliyyət göstərən civic.am, Ermənistan xüsusi xidmət orqanlarının qeyri-leqal saytı olan “Voskanapat”, ingilisdilli xəbər saytı news.am və digər resurslar ölkəmiz əleyhinə yayılan dezinformasiyanı paylaşıblar.

İran indiki məqamda təkbaşına Qərb media qurumlarında Azərbaycan əleyhinə belə bir xəbəri tirajlaya bilməz. Buna görə də bu işdə ona Ermənistan kömək olur.

Ermənistanın indiki məqamda həm də rəsmi Bakıdan intiqam alır. Belə ki, Azərbaycan martın 23-də Ermənistanın 4 ədəd Su-30 tipli qırıcı təyyarəsini xüsusi təlim keçmiş pilotları ilə birgə Rusiyanın tabeliyinə verməsi haqda informasiya paylaşmışdı. Paşinyan daha sonra hər nə qədər xəbəri inkar edib, dezinformasiya adlandırsa da, yayılan peyk görüntüləri əksini deyirdi.

Bu gün Rusiya ordusu tərkibində vuruşan yüzlərlə erməni əsilli rus vətəndaşları ilə yanaşı, erməni könüllülər də var. Bu şəxslər tanklarına fəxrlə “Armenia” yazır, Rusiya bayraqları ilə yanaşı erməni bayraqları da dalğalandırır.

Nəticə etibarilə, indiki məqamda Rusiya-Azərbaycan münasibətlərinin pozulması regionda ən çox Rusiyaİrana sərf edir. Tehran və İrəvan indiki məqamda Moskvada Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyin formalaşmasına nail olmaq, ən azından prosesi ləngitməyə çalışır. Buna görə də belə saxta məlumatları “faktlar“ fonunda təqdim edərək ilk növbədə iki ökə münasibətlərini baltalamağa çalışırlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar