Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran televiziyası Soçi sammiti ərəfəsində: “Xəzəryanı ölkələrin siyasi münasibətləri üst-üstə düşmür”

“Xəzəryanı dövlətlərin rəsmiləri bu günlərdə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün uzunmüddətli planlar qurur”

“IRIB” xəbər verir ki, bu sətirlər İran dövlət televiziyasının təhlilində qeyd olunur.

Məqalədə bildirilir ki, Xəzəryanı dövlətlərin ilk iqtisadi sammitini keçirən Türkmənistandan tutmuş Rusiya, İranAzərbaycan Respublikasının – üç Xəzəryanı dövlət arasında əməkdaşlığın inkişafını müzakirə etmək üçün Soçidə keçiriləcək üçtərəfli sammitə qədər səlahiyyətlilər səylərini birləşdirirlər.

“Dəniz nəqliyyatı beynəlxalq ticarətin lokomotividir və Xəzər dənizi malların tranzitində strateji yerə malikdir. Buna görə də, Xəzər dənizini ən vacib tranzit ərazilərindən birinə çevirmək və dəniz nəqliyyatını inkişaf etdirmək bu beş ölkənin prioritet və hədəflərindən biridir. İndi dünya dəniz ticarətinin həcmi 5 milyard tondan çoxdur, bunda da Xəzər dənizinin payı 2 milyon tondur.

Başqa sözlə, Xəzəryanı ölkələrin yaxın və genişlənən münasibətlərinə baxmayaraq, iqtisadi münasibətləri siyasi münasibətləri ilə üst-üstə düşmür.

Bununla yanaşı, Xəzər dənizi sahillərində liman tutumu 5 milyon tona yaxındır, odur ki, liman inşaatına və liman avadanlıqlarına qoyulan investisiyalar dənizlə ticarətin həcmini artırmağa kömək edə bilər.

Eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizi tapmacası hər gün bütün Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişlənməsinə zəmin yaradan çoxtərəfli sazişlərlə tamamlanır. Moskvadan tutmuş Astara-Bəndər Abbasa qədər, habelə Qazaxıstan-Türkmənistan-İran dəmiryolu əməkdaşlığının inkişafı, Çin, Qazaxıstan və İran İslam Respublikası arasında Xəzər dənizi yükdaşımaların artırılması üçün İran, AzərbaycanRusiya dəmir yollarının inkişafına dair üçtərəfli əməkdaşlıq genişlənir. Aşqabad Beynəlxalq Nəqliyyat Sazişi malların tranziti və İran ilə Türkmənistan arasında yolların inkişafı üçün yaxşı zəmin hazırlayır. Xəzərdə əməkdaşlığı gücləndirməklə yanaşı, tarixi İpək Yolunun bərpası da unudulmur”.

Məqalənin davamında qeyd olunur ki, digər tərəfdən, beş Xəzəryanı dövlət iqtisadi məqsədlərə çatmağı sürətləndirə biləcək digər regional və beynəlxalq təşkilatların fəal üzvləridir. Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İqtisadi Birliyi və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Xəzər dənizinin demək olar ki, bütün fəal üzvlərinin olduğu təşkilatlardandır.

“Bu gün müxtəlif iqtisadi sahələrdə inkişafın əsas dayaqları nəqliyyatın, xüsusən dəniz nəqliyyatının inkişafından asılıdır. Bunsuz turizm sahəsinin də inkişafı haqqında danışmaq mümkün deyil. Nəqliyyat və ticarət ikitərəfli bir yolda irəliləyir, yəni iqtisadi əlaqələrin inkişaf etdirilməsi ticarət vizalarının asanlaşdırılmasına, güzəştli tariflərə, üstəlik, özəl və dövlət sektorlarını səmərəli əlaqələndirməyə kömək edir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından bəri iqtisadi əməkdaşlığın inkişafı indi beş sahilyanı dövlətin gündəmindədir və bu ölkələr arasında çoxtərəfli sazişlərin icrası hər zamankından daha vacib hala gəlib.” (Reyting.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar