Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Suriyada: Tehranın Dəməşqə dərin müdaxiləsi hansı formada həyata keçirilir?..

Suriya inqilabı İranın Suriyaya etdiyi müdaxilənin səviyyəsini qaldırdı və daha da genişləndirdi...

Fayez Sara
“Şarkul Avsat” qəzeti, 12 aprel 2021-ci il

Son 10 ildə Suriyaya müxtəlif şəkildə xarici müdaxilələr edildi. Qiymətləndirmələrə görə, ən mühüm xarici müdaxiləni birbaşa nəticələrinə görə Rusiya edib. Lakin uzunmüddətli nəticələri baxımından ən dərin və əhatəli proses İranın müdaxiləsi olub.

İranın müdaxiləsi ilə digər müdaxilələr arasındakı fərq birincisinin 40 ildən uzun müddət əvvəl, yəni 1979-cu ildə Əsəd rejimi ilə Molla rejimi arasındakı əlaqələrlə başlayan bir İran strategiyası çərçivəsində davam etməsidir. Bu, müxtəlif sahələrdə və səviyyələrdə Suriya qapılarını İranın müdaxilələrinə açıb. İranlılar təhlükəsizlik və hərbi sahəyə lazımi diqqət yetirməklə yanaşı, həm də rəsmi və dini qurumlarla, şəxslər vasitəsilə siyasi, iqtisadi və mədəni sahələrdə fəaliyyət göstərmək üçün əllərindən gələni etdilər. Onların müdaxilələri rəsmi səviyyədə, yəni yüksək səviyyəli məmurlar və rəsmi qurumlarla məhdudlaşmırdı, eyni zamanda, Suriyanın elit dairələrindən əhalinin bir hissəsinə qədər uzanıb gedirdi. İranın Suriyadakı müdaxilələri bölgə ölkələrində şiddətlənən 1980-1988-ci illər İran-İraq müharibəsinin səbəbləri kimi qəbul edilən regional genişlənmə tələblərinin nəzarət formasını əks etdirirdi.

Əsəd rejimi ilə Tehrandakı Molla rejimi tərəfindən qurulan İran-Suriya münasibətlərinin gücünə baxmayaraq, boşluqlar və çətinliklər də get-gedə artırdı. Bunun əsas hissəsi də Hafiz Əsədin Tehran rejiminin zəif tərəflərindən istifadə etməsi ehtimalı idi. Qardaşı Cəmil Əsədin şiələşdirilməsi və İran yönümlü İmam Murtəza Dərnəyinin yaradılması məsələsi bunlardan biri idi. Ancaq hər iki tərəf problemlərinin həllinə yönəldi. Ata Əsədin rejimi Tehranın fələstinlilərlə, xüsusilə İslami Cihad, Həmas və Fələstin Xalq Qurtuluş Cəbhəsi Baş Komandanlığı təşkilatları ilə əlaqələrini dəstəkləməkdə mühüm rol oynadı. Yenə də Dəməşq rejimi, xüsusilə Amal Hərəkatı ilə əlaqələr, Hizbullahın qurulması və təbliği baxımından İranın Livana açılan qapısı oldu. Ata Əsəd də İraqla apardığı müharibə nəticəsində ərəblərin İrana qarşı düşmənçiliyini aradan qaldırmaqda rol oynadı. Həmçinin, 1979-cu ildə mollalar hakimiyyətə gəldikdən sonra İranın keçmiş Sovet İttifaqı ilə əlaqələrinin qurulması və inkişafında mühüm vasitəçi oldu. İranın Rusiya ilə münasibətləri bu gün də bu əsasda davam edir.

Bəşər Əsəd 2000-ci ildə hakimiyyətə gəldikdən sonra İran-Suriya münasibətləri əlamətdar bir hadisəyə şahid oldu. Bəşər Əsəd daha çox İrana açıldı və onun Suriyadakı bütün tələblərinə uyğunlaşdı. Livandakı Hizbullahı dəstəklədi, ehtiyaclarını təmin etmək üçün etibarlı dəhlizlərlə və xüsusilə silah-sursatla təmin etdi. Bunlara əlavə olaraq, İranın İraq siyasətini dəstəklədi. Bütün bunlar digər ərəb inqilablarına qarşı tutduğu mövqelərin əksinə olaraq, İranın Suriya inqilabına qarşı Əsədi dəstəkləməsinə səbəb oldu.

Suriya inqilabı İranın Suriyaya etdiyi müdaxilənin səviyyəsini qaldırdı və daha da genişləndirdi. Müdaxilə İranla da məhdudlaşmırdı. Həmçinin, Livandakı Hizbullah-la yanaşı, həm də Əfqanıstan və İraqdan Suriyaya döyüşmək üçün Tehranın komandanlığı altında milis qrupları da göndərilirdi. Milisin rolu toqquşmalar üzərində cəmləşsə də, İranın başqa yollarla müdaxiləsinə də kömək etdi. İranın son 10 ildə Suriyadakı ən vacib vitrini olan hərbi və təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi missiyaları dəstəklədi.

Hadisələrə paralel olaraq, ən təhlükəli proses az görünən gizli müdaxilələr oldu. Məsələn, Əsəd rejiminin qərar qəbul etmə və tətbiqetmə gücünə sahib olan siyasi və hərbi-təhlükəsizlik qurumlarına nəzarət etmək bu gizli müdaxilələrdən biridir. İran rejimin başçısı, müavinləri və yüksək səviyyəli hərbi-təhlükəsizlik məmurları vasitəsilə bunlara ciddi nəzarət edir. Tehran bu qurumlar vasitəsilə əlini digər sahələrə də uzadıb. İranlıların bu qurumlarda güclü məmurları satın alması İranın rejimə məxsus qurumlarda mənafelərinin qorunmasını da təmin edir. İranın maraqları açıq şəkildə diqqətə alınmağa başlayıb.

İranlılar qurumlara yerləşməklə yanaşı, həm də elit və populyar təbəqələ üzərində təsirli olmaq üçün enerji sərf edirlər. Çünki bu sayədə Əsəd rejimi getsə belə, Suriyada İran üçün alternativ və davamlı bir təməl yaranır. İranlılar bunu da, yəni rejimin getmə ehtimalını da nəzərə alırlar. Elit dairələrlə və xalqla yaranan münasibətlər İranın Suriyadakı varlığını gücləndirir. Bu münasibətlərin ən dəqiq nümunəsi də İranın suriyalı şiələr üzərindəki nəzarəti ilə özünü büruzə verir. Fars şiəliyinin genişlənib yayılması İranın fəaliyyətlərinin nəticələrindən biridir.

İnqilabdan əvvəlki dövrdə İranın fəaliyyətləri coğrafi xəritələr və ərazilər baxımından məhdud olsa da, son illərdə daha əhatəli və şaxəli hala gətirilib. Keçmişdə İranın işləri, əsasən Dəməşqin cənubundakı Seyyid Zeynəb bölgəsinə yönəlmiş və türbə, şiə hövzəsi və burada yerləşən qəbiristanlıqlar vasitəsilə İran şiələri üçün bir mərkəz halına gəlmişdi. Daha sonra digər Dəməşq və Dərəyya, Adra və Hz. Habilin məzarının yerləşdiyi Zəbadani yolu kimi bölgələrlə birlikdə daha da genişləndi. Sonra da farsca təhsil tədbirlərinə, kitab və rəsm sərgilərinə və kino həftələrinə qədər genişləndi. Bu tədbirlər Rəqqa və Hələb daxil olmaqla, digər şəhərləri də əhatə etdi. Rəqqa şəhərində Veysəl Qarani türbəsi canlandırılarkən, Kərbəla hadisəsi Hələbdəki Əl-Nöqtə məscidində səhnələşdirilib.

İranın Suriyadakı şiə fəaliyyətləri son illərdə rejimin nəzarətində olan bölgələrdə 4 istiqamətdə (şərq, şimal, cənub və qərb) yayılıb. Xüsusilə Bukemaldakı Suriya-İraq sərhəd xətti boyunca şərqə doğru uzanırdı. Şimal bölgəsinin mərkəzini Hələb şəhəri təşkil edir. İranlılar son zamanlar Hələbin şiə şəhəri olduğunu yaymağa başlayıblar. Cənub bölgəsinin mərkəzi olan üçüncü zonada isə Dəməşq və onun çölləri və Seyyid Zəynəb bölgəsi yerləşir. Bu, Dəra və Süveyda şəhərlərinə qədər uzanan şiələşmə fəaliyyətlərinin başlanğıc nöqtəsidir. 80-ci illərdə nəşr olunan bir şiə fətvasına görə, İran Qərb bölgəsində ələvi icmasını iranlı şiələrlə əlaqələndirərək orada bir varlıq yaratmağa davam edir. Lakin müxtəlif səbəblərə görə ələvilərin buna cavabı zəifdir və İranın ambisiyalarını da məhdudlaşdırır.

İranın Suriyadakı fəaliyyətinin dərəcəsi bölgələrinin çoxluğunu göstərir. Təhsil və mədəni fəaliyyətlərdən sənayedə, kənd təsərrüfatında və turizmdə investisiyaların daxil olduğu iqtisadi fəaliyyətlərə qədər ümumi və ənənəvi fəaliyyətlərdən kənara çıxır. Bu fəaliyyətlər iki məsələyə yönəlib. Birincisi, İran şiəliyini qəbilələrə çatana qədər fərdlər və ailələr arasında yaymaq. İkincisi isə İrana bağlı olan silahlı və təhlükəsizlik üzrə milis qrupları yaratmaq. Bu, İranın Suriyadakı hökmranlığını gücləndirir. Eyni zamanda, İranın qüvvələri, kəşfiyyat xidmətləri və çoxmillətli silahlı qüvvələri Suriyadan qovulsa belə, İranı orada qurulmuş, mövcud bir gücə çevirir. İran Suriyadan çıxarılsa belə, şiə məzhəbindən olan suriyalılar və İran milis qruplarının suriyalı üzvləri Livan nümunəsinə yaxın bir vəziyyət yaradacaqlar. Məlum olduğu kimi, Livandakı şiələr onları girov götürüb İran və bölgədəki layihələrinin xidmətinə verən Hizbullah təşkilatının nəzarəti altındadırlar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: İran Suriya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar