Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran rəsmisi bu ölkənin gəmisinin Azərbaycan sularında batması barədə

Xəzər dənizində Azərbaycanın Lənkəran limanı yaxınlığında İranın "Şəbahəng" quru yük gəmisi texniki nasazlığa görə qəzaya uğrayıb

Bunu İranın Limanlar və Dənizçilik Təşkilatının təhlükəsizlik və dəniz mühafizəsi idarəsinin baş direktoru Əlirza Xocəstə deyib.

Ə.Xocəstənin sözlərinə görə, hadisənin ilkin səbəbi gəmiyə suyun dolması göstərilib: "Lakin təşkilatın hadisələrin araşdırılması üzrə komitəsi ekipaj heyətinin açıqlamasına əsasən rəy verməlidir".

Ə.Xocəstə bildirib ki, özəl sektora aid "Şəbahəng" gəmisi 900 ton keramika və kaşını İranın Ənzəli limanından Rusiyanın Maxaçqala limanına aparırmış. Onun sözlərinə, Azərbaycan Dövlət Sərhəd Xidməti əməkdaşlarının xilas etdiyi gəminin ekipaj heyətinin 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşı olub.

Təşkilat rəsmisi bildirib ki, ekipaj heyətinin 1-2 gün ərzində İrana dönəcəyi gözlənilir.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

“Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət ekipajını tam heyətlə xilas edib. (Trend)

pia.az


Etiket: Gəmi

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar