Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran raket zərbəsi endirdi, “Amerika təyyarədaşıyanı” batmağa başladı

İran sahillərindən bir neçə kilometr aralıda “Nimitz” sinfindən olan təyyarədaşıyan gəmi batmağa başlayıb.

PİA.az xəbər verir ki, gəmiyə bir neçə gün əvvəl İran İnqilab Keşikçiləri Korpusunun qüvvələri qanadlı raketlə zərbə endirmişdi.

Belə ki, İran təlim məqsədi ilə ABŞ-ın “Nimitz” sinfindən təyyarədaşıyan gəmilərinin maketini hazırlayıb və onları hədəf kimi istifadə edir. Məqsəd ABŞ-la mümkün hərbi qarşıdurma zamanı bu ölkənin hərbi donanmasının flaqmanı olan təyyarədaşıyanları batırmağı məşq etməkdir.

İranın hədəf kimi istifadə etdiyi "Nimitz" təyyarədaşıyan maketinin peykdən çəkilmiş görüntüsü

Bildirilir ki, əvvəlcə təyyarədaşıyan maketinin yedəyə alınaraq İran limanlarından birinə aparılacağı, orada təmir olunduqdan sonra yenidən təlimlərdə istifadə olunacağı gözlənilirdi. Lakin peykdən çəkilmiş fotolara əsasən təyyarədaşıyan majeti göyərtəsindəki döyüş təyyarələri maketləri ilə birlikdə suyun dibinə batmağa başlayıb.

Hazırda təyyarədaşıyan maketinin 90 faizi suya batıb və istisna edilmir ki, maket üçün final İran qırıcılarının ona raket zərbəsi endirməsi, yaxud ballistik raketlərlə hədəfə alınması ola bilər.

Amerika tərəfi İranın “Nimitz” modeli ilə keçirdiyi bu təlimləri “çox ciddi səhv və təxribat” adlandırıb. Vaşinqton üçün İranın keçirdiyi bu təlimlər əyani sübutdur ki, müharibə başlasa Birləşmiş Ştatların təyyarədaşıyan zərbə qruplaşması qanadlı və ballistik raketlərlə hədəfə alınacaq.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar