Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran prezidentinin müşaviri Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb

İran prezidenti Həsən Ruhaninin müşaviri və İran Strateji Araşdırmalar Mərkəzinin direktoru Hüsaməddin Aşna Azərbaycan səfiri Bünyad Hüseynov və Ermənistan səfiri Artaşes Tumanyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşlər zamanı sülh perspektivləri, ikitərəfli və regional əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Dağlıq Qarabağ böhranının həllində İranın bitərəfliyini qoruduğunu və transregional güclərin münaqişəyə müdaxilə etməməsinin vacibliyini diqqətə çatdıran İran prezidentinin müşaviri ErmənistanAzərbaycan tərəflərini atəşkəsə əməl etməyə və münaqişəyə son qoyulması üçün davamlı həll yolunun tapılması istiqamətində səy göstərməyə çağırıb.

H. Aşna atəşkəsin davamlı qalması və son müharibənin vurduğu ziyanın kompensasiya edilməsinin zəruriliyinə toxunaraq, İran İslam Respublikasının iki ölkənin qarşılıqlı maraqları naminə sülhün möhkəmləndirilməsinə və ikitərəfli əməkdaşlığın dərinləşməsinə kömək edə biləcəyinə ümidvar olduğunu qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar