Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran prezidenti: “Ağ Evdə oturanların ağılları azalıb”

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkə rəhbərliyinə, hərbi komandanlığına gətirdiyi sanksiyalarla bağlı sərt çıxış edib

Ruhani Səhiyyə nazirliyinin işçiləri ilə görüşdə Tramp administrasiyasının ünvanına kəskin ifadələr işlədib.

Xatırladaq ki, Birləşmiş Ştatlar İranın ali dini rəhbəri Əli Xamenei və xarici işlər naziri Məhəmməd Cavad Zərifi də sanksiya siyahısına daxil edib.

“Ağ Evdə oturanların ağılları azalıb” - deyə H.Ruhani rəsmi Vaşinqtonun addımlarını bu sözlərlə qiymətləndirib. Onun nitqi olduğu kimi prezidentin rəsmi saytında yerləşdirilib.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov da mövcud vəziyyətin qorxulu istiqamətə yönəldiyini bəyan edib.

“TASS” agentliyinin məlumatına əsasən, Lavrov bu gün keçirdiyi mətbuat konfransında situasiyanın olduqca pis ssenari üzrə cərəyan etdiyini vurğulayıb: “Biz olduqca narahatıq. ABŞ prezidenti tərəfindən elan olunan və tam şəxsiləşdirilmiş xarakter daşıyan növbəti sanksiyalar bizə hadisələrin inkişafının yaxşılığa doğru yönəlmədiyinin siqnalını verir”.

Onun sözlərinə görə, mövcud durum 2003-cü ildə ABŞ-ın Səddam Hüseynə qarşı ard-arda sanksiyalar tətbiq etdiyi İraq müharibəsindən öncəki vəziyyəti xatırladır: “Biz bunun necə nəticələndiyini yaxşı bilirik. ABŞ həmin ilin mayında İraqda demokratiyanın qələbə çalmasından dəm vururdu. İndi 16 il keçdikdən sonra həmin “demokratiyanın” özünü necə göstərdiyi barədə nəticə çıxarın”.(musavat.com)

pia.az


Etiket: Həsən Ruhani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar