Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nüvə sazişi: Tramp dəstəkdən imtina edə bilər

Donald Tramp nüvə sazişini artıq iki dəfə dəstəkləyib


ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişini təsdiqləməkdən imtina edərək daha sərt strategiya təqdim edəcəyi gözlənilir.

ABŞ sazişdən çıxmamaq üçün daxili və xarici təzyiqlərlə üzləşir.

Dövlət katibi Reks Tillerson məsələ ilə bağlı Avropa və Çin tərəfdaşları ilə məsləhətləşmələr aparır.

2015-ci ildə imzalanmış beynəlxalq sazişə əsasən İran sanksiyaların qismən ləğvi müqabilində öz nüvə proqramını dondurmalıdır.

Prezident Donald Tramp uzun müddətdir ki, sazişin tənqidçisidir və öz seçki kampaniyasının gedişatında onu ləğv edəcəyini bildirirdi.

ABŞ prezidenti 90 gündən bir İranın saziş şərtlərinə əməl etməsini təsdiqləməlidir. Cənab Trump bu sazişi artıq iki dəfə dəstəkləyib.

Lakin onun dəstəkdən imtina edəcəyi barədə bəyanatları ABŞ müttəfiqləri və hətta onun öz administrasiyası daxilində narahatlıqla qarşılanmaqdadır.

Oktyabrın əvvəlindəki Senat dinləmələrində müdafiə naziri James Mattis sazişdən çıxmağın ABŞ maraqlarına cavab vermədiyini deyib.

Cənab Tramp Tehranı dəfələrlə sazişin "ruhun"a zidd hərəkətlərdə ittiham edib.

Hərçənd ki, Beynəlxalq Atom Energetikası Agentliyi və ABŞ Konqresi hesab edir ki, İran razılaşmaya əməl edir (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar