Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran niyə İsrailin hücumlarını ört-basdır etməyə çalışır?

İsraili davamlı olaraq təhdid etməsinə baxmayaraq, Tehran Təl-Əvivivn hücumlarının cavabını vermir və bir qayda olaraq, İsrailin hücumlarını ört-basdır etməyə çalışır...

Politoloq: “İyulun 2-də nüvə stansiyasında baş vermiş partlayışa və digər partlayışlara İran cavab versə, onda qeyri-qanuni nüvə silahı hazırlamağa cəhd etdiyini boynuna almış olacaq”.

“Əgər İran qəbul etsə ki, İsrail onun ərazisində hərbi bazanı bombalayıb, bu zaman İran da İsrailə cavab verməlidir. Çünki bu cür addıma cavab verməmək İranın nüfuzuna zərbə vurar”.

Bu sözləri politoloq Nəzakət Məmmədova İranda son zamanlar baş verən sirrli partlayışların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İrannın paytaxtı Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, olaydan sonra Tehranın bir çox rayonlarında işıqlar sönüb. Qüds və Şəhriyar rayonlarının yarımstansiyalarının partladığı iddia olunur.

Xəbərə görə, İranın aerokosmik qüvvələri naməlum təyyarəyə və ya pilotsuz uçuş aparatlarına qarşı iki raket göndərib.

Bu hadisə İranda son zamanlar baş verən sirli partlayışlar silsiləsindən biridir. Belə ki, iyulun 2-də “Natanz” nüvə stansiyasının bir binası partlamışdı. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Parçin hərbi bazasında partlayış olmuşdu.
Nə təkzib, nə də təsdiq etməsinə baxmayaraq, adətən bu tipli hücumların arxasında İsrail olur. ABŞ-ın Süleymanini öldürməsindən sonra Tehran düşünmədən ABŞ-ın İraqdakı hərbi bazasını raket atəşinə tutdu. İsraili davamlı olaraq təhdid etməsinə baxmayaraq, Tehran Təl-Əvivivn bu hücumlarının cavabını vermir və bir qayda olaraq, İsrailin hücumlarını ört-basdır etməyə çalışır. Bunun səbəbi nədir? İran İsrailə münasibətdə niyə çəkingən davranır?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “İran İsrailin onun ərazisini bombardman etməsini etiraf etmir. Amma İsrailə qarşı İranın terror aktları planlaşdırması istisna olunmur”.

İsrailin İran nüvə bazasını bombardman etməsinin İran televiziya kanallarında getmədiyinə diqqət çəkən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu xəbərləri İsrail və Ərəb ölkələrinin media orqanları yayıb. Demək hər zaman olduğu kimi Ərəb ölkələri və İsrail İrana qarşı öz güclərini birləşdiriblər:

“Məlumdur ki, 2020-ci ilin yanvar ayında İran Süleymaniyə görə ABŞ-ın İraqdakı hərbi bazasını raket atəşinə tutmuşdu. Lakin həmin bazalarda ABŞ hərbçilərinin olmaması, bazanın boş olması haqqında fikirlər var idi. Burada böyük tələfatlar barədə heç bir məlumat yayılmadı. Hətta belə bir ehtimal var idi ki, İran əvvəlcədən ABŞ-la razılığa gələrək insan tələfatı olmasın, deyə boş ABŞ bazasıını atəşə tutub. İran bununla hansısa formada generalının öldürülməsinə cavab verirmiş kimi göründü.

Fakt bundan ibarətdir ki, Süleymani məsələsi nə qədər böyük hay-küyə səbəb olsa da ciddi geosiyasi nəticələrə səbəb olmadı. Yəni İran ABŞ-a və İsrailə ciddi, bölgədə vəziyyəti dəyişdirməyə gətirib çıxaracaq cavab verə bilmədi.

İyulun 2-də nüvə stansiyasında baş vermiş partlayışa və digər partlayışlara İran əgər cavab versə, qeyri-qanuni nüvə silahı hazırlamağa cəhd etdiyini boynuna almış olacaq. Yəni İran cavab versə, bununla da beynəlxalq öhdəlikləri pozaraq özünün qeyri-qanunu nüvə siıahları hazırladıqlarını təsdiq etmiş olacaq. Buna görə də İran məsələyə səsiz qalaraq məsələnin ört-basdır olinmasını istəyir.

Bildiyimiz kimi Obama dövründə imzalanan sazişlərdən Tramp imtina etdi. İran da bildirdi ki, madam ABŞ sazişlərdən imtina edir, İran da beynəlxalq təşkilatların nizamnaməsini pozaraq nüvə silahları düzəltməyə davam edəcək. Bu hadisə də onu göstərir ki, İran nüvə silahları hazırlamağa cəhd edir. İsrail isə İranı özü üçün bölgədə əsas təhlükə olaraq gördüyünə görə bunun qarşısını almağa çalışır.

Nəzakət Məmmədova: “İsraildə hakimiyyətə gəlmək istəyən qüvvələr Putindən kömək istəyir. Ona görə də Rusiya Suriya ərazisindən İranın İsraili vurmasına mane olur”.

Digər tərəfdən İran regionda güc mərkəzi olmaq istəyir. Əgər İran qəbul etsə ki, İsrail onun ərazisində hərbi bazanı bombalayıb, bu zaman İran da İsrailə cavab verməlidir. Çünki bu cür addıma cavab verməmək İranın nüfuzuna zərbə vurar. İran geri çəkilmiş, zəif kimi görünər. Digər tərəfdən İran İsrail ərazisini vura bilməz. Bu ABŞ-da daxil olmaqla bəzi dünya dövlətlərinin İrana müharibə elan etmıəsinə səbəb ola bilər. İranın İsrailə birbaşa sərhədi yoxdur. İran Yaxın Şərqdə yaratdığı “Şiə hilalı” ərazilərindən İsrailə zərbə vura bilər və ara sıra da bunu edir. Məsələn İran Livandan “Hizbullah” vasitəsi ilə İsrailin cavabını verməyə çalışır. Ya da Suriyadan İsraili vura bilər. Amma bu gün Suriyada Rusiya var və Rusiya da İranın güclənməsini istəmir.

Son dövrlərdə Rusiya ilə İsrail arasında yaxşı münasiblər formalaşıb. İsrail rəsmiləri Rusiyaya səfərlər ediblər. Çünki orada seçkilər keçirilirdi və Putinin də yəhudilər arasında böyük nüfuzu var. Qeyd edim ki, keçmiş SSRİ-dən İsrailə çoxlu yəhudilər köçüblər. Onların çoxusunun da Putinə rəğbətləri var. Buna görə də İsraildə hakimiyyətə gəlmək istəyən qüvvələr Putindən kömək istəyir. Ona görə də Rusiya Suriya ərazisindən İranın İsraili vurmasına mane olur.

İran Livan ərazisindən “Hizbullah” vasitəsilə davamlı olaraq İsraili vurmaq istəsə, bu da alınmayacaq. Çünki bu, İsrail Livanın ağır şəkildə bombardman etməsinə yol aça bilər. Hal-hazırda isə Livanda daxili vəziyyət gərgindir və əhali yoxsulluq içində yaşayır. Əhali hakimiyyətdən, həmçinin “Hizbullah”dan narazıdır. Livanda sabitlik naminə istənilən hökümət “Hizbullah”ı dəstəkləyir və “Hizbullah”dan dəstək alır. Bu da xalqın qeyri-müsəlman və qeyri-şiə hissəsini qane etmir. İran isə hazırda Livanda sabitlik olmasına çox maraqlıdır. Bu geosiyasi “Şiə hilalı”nı qorumaq üçün çox önəmlidir.

Nəzakət Məmmədova: “Bu gün İran təkdir, bölgədə güclü müttəfiqləri yoxdur və İran təkbaşına onlara cavab vermək gücündə deyil. Buna görə də İran daha çox səssiz qalmağa üstünlük verir”.

Bir sözlə İranın İsraili vurmaq imkanı yoxdur. Çünki İsrail öz ərazilərinin təhlükəsizliyini təmin edib. Ərəb ölkələrinin əksəriyyəti də İsraili müdafiə edir.

Qeyd edim ki, İsrailin İran nüvə bazasını bombardman etməsi İran televiziya kanallarında getməyib. Bu xəbəri İsrail və Ərəb ölkələrinin media orqanları yayıb. Demək ki, hər zaman olduğu kimi Ərəb ölkələri və İsrail öz güclərini birləşdiriblər.

Bu gün İran təkdir, bölgədə güclü müttəfiqləri yoxdur və İran təkbaşına onlara cavab vermək gücündə deyil. Buna görə də İran daha çox səssiz qalmağa üstünlük verir. İran İsrailin onun ərazisini bombardman etməsini etiraf etmir. Amma İsrailə qarşı İranın terror aktları planlaşdırması istisna olunmur. Yəni ola bilər ki, İran İsrailə cavab olaraq orada terror aktları planlasın”.

Nərminə UMUDLU
pia.az


Etiket: İsrail-İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar