Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran komandosları Trampı və Netanyahunu belə “güllələyir” - Fotolar

İranın “Tasnim” agentliyi bu günlərdə xüsusi təyinatlıların təlimindən fotoreportaj yayıb

Bu təlimlərdə İran komandosları üçün hədəf qismində İsrailin baş naziri Benyamin

Netanyahunun və ABŞ prezidenti Donald Trampın foto-plakatları yer alır. Agentlik bildirir ki, fotolar xüsusi təyinatlıların dəqiq atış təlimi zamanı çəkilib. Bu təlimlər zamanı xüsusi təyinatlılar istənilən situasiyada və istənilən şərtlər altında dəqiq atəş açmaq vərdişlərini mənimsəyirlər. Fotolara əsasən İsrailin baş naziri və ABŞ prezidenti güllələrdən “dəlmə-deşikdir”.

İranla ABŞ arasında münasibətlər hazırda çox gərgindir, eləcə də İsrail İranla faktiki müharibə vəziyyətindədir və onun Suriyadakı hədəflərinə tez-tez hava zərbələri endirir. İrandan isə vaxtaşırı olaraq İsraili “yer üzündən silmək” hədələri eşidilməkdədir.

Məsələn, İran parlamentinin rəhbərlərindən biri yerli televiziya ilə bildirib ki, onların ilk raket yaylım atəşindən sonra İsraildən ancaq “tüstülənən xarabalıq” qalacaq. İsraildən isə bu hədəyə cavab olaraq Livanı yer üzündən siləcəkləri haqda xəbərdarlıq ediblər.

İsrail ordusunun cənub hərbi dairəsinin keçmiş baş komandanı, general Yoav Qalant deyib ki, İrandan səslənən bu cür təhdidlərə “tamamilə ciddi” yanaşmaq lazımdır. O, İranın Livanın cənubunda mənzillənmiş “Hizbullah” qruplaşmasının köməyi ilə İsrailə hücum edə biləcəyini deyib.

“Əgər “Hizbullah” səhvə yol verərsə və İsrailə qarşı təcavüz həyata keçirərsə biz ona və bütün Livan ərazisinə misli görünməmiş gücdə zərbələr endirəcəyik. Mən İsrail müdafiə ordusunun “Hizbullah”a qarşı planını açmaq istəmirəm, amma onu deyə bilərəm ki, bizim zərbələrimiz nəticəsində Livan daş dövrünə qayıdacaq”,-israilli siyasətçi və keçmi hərbçi deyib.(virtualaz.org)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar