Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran İsrailin keçmiş Baş qərargah rəisinin telefonuna “girib”, kompromatlar götürüb

İsrailin əks kəşfiyyat xidməti ŞABAK İran hakerlərinin keçmiş Baş qərargah rəisi, general Benni Hantsın telefonunu “sındırdığını” müəyyən edib

Hakerlərin telefondan müəyyən kompromatların götürüldüyünü aşkara çıxarıblar. Bu məsələ İsraildə ciddi siyasi qalmaqala səbəb olub, çünki Benni Hants qarşıdakı parlament seçkilərində “Kaxol Lavan” blokunun liderlərindən biri kimi iştirak edəcək. O, blokun baş nazir postuna namizədidir.

Məlumata görə ŞABAK blokun lideri Kaxol Lavanı xəbərdar edib ki, İran hakerlərinin əldə etdiyi informasiyalar parlament seçkilərində kompromat kimi istifadə edilə bilər. Hərçənd telefonun yaddaşında məxfi informasiyanın olmadığı müəyyən olunub.

Ötən gün martın 20-də baş nazir Benyamin Netanyahu Beni Hantsa hücum edərək onu iranlıların linə hansı kompromatın keçdiyini açıqlamağa çağırıb. Netanyahu deyib: “Kaxol-Lavan” bloku panikaya düşüb, çünki İran Hantsın telefonunu “sındırıb” və oradan məxfi informasiya ələ keçirib. Cənab Hants, siz israillilərdən nəyi gizlədirsiniz? Nəyə görə siz partiya üzrə həmkrlarınıza telefonunuza edilən müdaxilə barədə məlumat verməmisiniz? Bizdən nəyi gizlədirsiniz və İran indi nəyi bilir? Nəyə görə siz keçmiş baş qərargah rəisi kimi aparatın düşmən üçün əlçatan olduğunu bildiyiniz halda ondan istifadə etmisiniz? Bundan sonra siz baş nazir kimi İrana qarşı necə çıxa bilərsiniz ki, İran sizin barənizdə məxfi materiallar əldə edib? Şantajdan qaçmağın yeganə yolu sizdən nəyin oğurlandığı haqda açıq danışmaqdır”.

İran isə Beni Hantsın telefonuna müdaxiləni inkar eib. Bu məsələyə mnasibət bildirən xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran Beni Hantsın telefonunun “sındırılmasına” görə məsuliyyət daşımır. “İsrailin sionist rejimi və Amerika rəsmiləri İrana qarşı təzyiq göstərməyə çalışır, bu cür iddialar irəli sürür və iranofobiya formalaşdırır”-nazir bildirib.(virtualaz.org)

pia.az


Etiket: Benni Hants

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Ən çox oxunanalar