Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran gündəliyi – Biz əlimizdə olan silahı niyə dəyərləndirə bilmirk?..

Biz İranla Türkiyə ilə iç-içə olduğumuz qədər iç-içə və yaxın olmalıyıq. Çünki 44 günlük Vətən müharibəsindən sonra İran da ən azından Rusiya qədər bizim problemimizə çevrilib…

Azər QARAMANLI
“Poliqon” İnformasiya Agentliyinin baş redaktoru

Azərbaycan müstəqillik qazandıqdan sonra İran bizi tanıyan ilk ölkələrdən biri olsa da, rəsmi Tehran şimal sərhədlərində müstəqil Azərbaycan dövlətinin varlığından narahat olduğunu da heç bir vaxt gizlətməyib. Elə ona görə də bizə qarşı bu 30 ildə “mehriban düşmən” siyasəti sərgiləyib və əslində Rusiya və Qərb ölkələri kimi Ermənistanı ölkəmizə qarşı “geosiyası silah” olaraq dəyərləndirib.

Ermənistan isə hər nə qədər arxasını Rusiyaya söykəsə də, İranı özünün əsas strateji tərəfdaşı kimi görüb. Çünki İran bu 30 ildə sözün həqiqi mənasında Ermənistanın yeganə xilas “qapısı” olub və olmaqda da davam edir. Həqiqət odur ki, İran olmasaydı, Rusiyanın və Qərbin bütün cəhdlərinə baxmayaraq, Ermənistan dövləti 30 il davam gətirə bilməz və yox olardı. Coğrafi olaraq bir türk anklavında mövcud olan Ermənistanın tükənməsi çoxdan baş verər və onu nə Rusiya, nə də Fransa xilas edə bilərdi.

İranın bir panfarsist dövlət maraqları çərçivəsində bizə qarşı sərgilədiyi siyasət ortadadır. Ancaq məsələ heç də İranın bizə qarşı davranışlarından getmir. Bizim İrana qarşı necə davranmağımız önəmlidir. Bəs biz İrana qarşı elə onun yürütdüyü qaba “mehriban düşmən” siyasətinə adekvat davranırkən, doğrudanmı haqlı və düzgün geosiyasət yürüdürük? Axı rəngarəng etnik mənzərəyə sahib olan 90 milyonluq İranın əhalisinin 40 milyonu azərbaycanlıdır. Düşünə bilirsinizmi ki, belə bir “geosiyasi silah” Ermənistanın əlində olsaydı, nə baş verərdi? Sadəcə, çoxdan bizi xəritədən və bu torpaqlardan silərdilər.

Bakı və Quba, Şirvan və Lənkəran, hətta Zaqatala belə, erməni torpaqları olardı. Ermənilər özlərinin 200 illik milli proqramlarını həyata keçirib bu torpaqlarda bir türkün belə, yaşamasına izn və imkan verməzdilər.

Nə yaxşı ki, bu “silah” ermənilərin əlində deyil və bizim də bugünkü mövcudluğumuzun əsas səbəblərindən biri və bəlkə də birincisi İranın şimalında erməni toplumunun deyil, məhz Azərbaycan türk toplumunun mövcudluğudur…

Bəs biz bu silahdan necə istifadə edə bilirik? Ümumiyyətlə, istifadə edə bilirikmi? İran və Cənubi Azərbaycan bizim xarici siyasətin harasındadır? Bizim xarici siyasətimiz Türkiyə və Rusiyaya verdiyi önəmin neçə faizini İrana və Cənubi Azərbaycana verir? Yəqin ki, 10%-ni belə, deyil. Bəlkə də daha az…

Xarici siyasətimizi belə, bir kənara qoyaq. Biz Cənubi Azərbaycanda yaşayan milyonlarla insanlarla eyni dil, tarix, mədəniyyət və çoxsaylı başqa dəyələr baxımından eyni cəmiyyəti təşkil etdiyimiz halda, bu ayrılmış iki cəmiyyətin inteqrasiyası üçün xalq olaraq, dövlətə sahib millət olaraq nələr etmişik? Demək olar ki, heç bir şey. Sadəcə İrana gedib ya müalicə almışıq, ya da alver edib evimizə dönmüşük.

Sadə insanlarımızı belə, bir kənara qoyaq. Hər il Türkiyənin müxtəlif şəhərlərində “Xocalı soyqırımı”ndan pul “yuyan” QHT-lərimizin, jurnalistlərimizin, deputatlarımızın, nə bilim rəsmi və qeyri-rəsmilərimizin bu günə qədər İran yadına düşübmü? Bu günə qədər Diaspor Komitəsi heç bir dəfə də olsun İrandakı 40 milyonluq həmvətənimizlə təmasa keçibmi? Bizim İran parlamentində lobbiçilərimiz varmı? Yoxdursa, niyə yoxdur? Bu sualın cavabını rəsmi, ya da qeyri-rəsmi kimsə verə bilərmi?

Təsəvvür edin ki, ermənilərin İranda 5-6 milyonluq bir toplumu var. Bu toplumun İran parlamentindəki lobbisi hansı gücə sahib olardı? Amerikada yəhudi lobisinin sahib olduğu gücdən daha böyük gücə sahib olardılar. Və onu da deyim ki, bir neçə yüzminlik erməni toplumunun İrandakı lobbi gücü toplamda 50 milyon insanın gücündən qat-qat çoxdur. Bunun günahını kim və necə “çıxaracaq”?

Axı biz İranın, daha doğrusu farsların bizə qarşı yürütdüyü “mehriban düşmən” siyasətinə qarşı daha “yumşaq mehriban düşmən” siyasəti yürüdə bilərdik və bu gün də yürüdə bilərik. Bunun üçün sadəcə üzümüzü bir az İrana tutmalıyıq. QHT-lərimiz, vətəndaş təşkilatlarımız, alim və ziyalılarımız, dindarlaımız, iş adamlarımız, diplomatlarımız və sonucda hər zümrədən və peşədən olan insanlarımız İranın yumşaq damarından tutmağı bacarmalıdırlar. Ən azından buna cəhd etməliyik. Cənubi Azərbaycanla daha çox qaynayıb qarışmalı, həm də tək Cənubi Azərbaycanla deyil, farslalrla da qaynayıb qarışmalıyıq ki, mənfi auranı ortadan qaldıra bilək.

Təbii ki, bu asan deyil, lakin biz İranla Türkiyə ilə iç-içə olduğumuz qədər iç-içə və yaxın olmalıyıq. Çünki 44 günlük Vətən müharibəsindən sonra İran da ən azından Rusiya qədər bizim problemimizə çevrilib və biz bu problemi İranla bütün istiqamətlərdə yanaşı olmaqla çözə biləcəyik.

Ortada olan İsrail probleminə gəlincə, Türkiyə ilə də eyni problem - İran səviyyəsində olmasa da - mövcuddur. Lakin biz Türkiyə ilə bu problemlə eyni maraqlardan çıxış edə bilirik. İranla bu çox çətin olsa belə bu və ya digər şərtlərdə mümkündür. Çünki siyasət mümkün olmayanların ətrafında manevr eləmək (ya da fırlanmaq) sənətidir. Önəmli olan xalqların maraqlarını birləşdirmək və eyni relsə oturtmaqdır. Sonradan hər iki tərəfin körpüləri yandırmaq meylləri, itirəcək çox şeylərin olması səbbəbindən təbii olaraq qarşılıqlı dözümlülüklə əvəzlənəcək. Hətta bu, məcburiyyət olsa da…

İranın bizə qarşı ikiüzlü siyasət yürütməsi və bizim də ona qarşı eyni davranmamız yalnız düşmənimizi gücləndirir və biz əlimizdə olan inanılmaz güçlü silahın fərqinə varmalı və bu silahdan istifadə etməyi öyrənməliyik.

Əslində Qarabağ probleminin çox tez bir zamanda və birdəfəlik həll yolu da, Azərbaycanın Cənubi Qafqazda mütləq iradəyə sahib olmasının da yolu budur…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar