Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran gizli nüvə obyektini məhv edib? - Netanyahudan iddia

İsrailin baş naziri: “İran gizli bir nüvə obyektinin ifşa olunduğunu bilib onu məhv etdi”

İsrailin baş naziri Benyamin Netanyahu İsrail tərəfinin xəbəri olandan sonra gizli bir nüvə obyektinin İran tərəfindən məhv edildiyini açıqlayıb.

APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, Netanyahu belə bir açıqlamanı rəsmi Tehrana müraciətində səsləndirib.

“Nə etdiyinizi, bunu nə zaman etdiyinizi və harada etdiyinizi bilirik. Yalan və pozuntularınızı ifşa etməyə davam edəcəyik”, – deyə Netanyahu bildirib. Onun çıxışı İsrail və Qərb mediaları tərəfindən də yayımlanıb.

Netanyahunun sözlərinə görə, obyekt Fars əyalətinin Abad şəhərində yerləşib və iyunun sonundan iyulun sonuna qədər müddətdə məhv edilib: “Həmin yerdə İran nüvə silahını inkişaf etdirmək üçün sınaqlar keçirirdi. İran bizim obyekti ifşa etdiyimizi biləndən sonra məhv etdilər, onu sadəcə məhv etdilər”.

Çıxışı zamanı Netanyahu iddia edilən obyektin məhv edilmədən əvvəlki və sonrakı peyk şəkillərini də göstərib. Baş nazir, həmçinin beynəlxalq ictimaiyyəti ABŞ administrasiyasının Tehrana qarşı sanksiyalarına qoşularaq İrana təzyiq göstərməyə çağırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar