ABŞ prezidenti Donald Tramp, İranın ABŞ ilə danışıqlar aparmaq istədiyini söyləyib...
O, bunu jurnalistlərə açıqlamasında deyib.
“İran görüşmək istəyir”, – deyə o, bildirib və məsələnin təfərrüatları barədə məlumat verməyib.
Bundan əvvəl, Tramp, İran rəhbərliyi ilə, o cümlədən ayın sonunda Nyu-Yorkda keçiriləcək Baş Assambleyanın iclasında görüşməyə hazır olduğunu, lakin bu günə qədər Ağ Evin belə bir görüş planlaşdırmadığını bildirib. (Report)
pia.az