Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydası dəyişib

İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki potensialının artırılması məqsədi ilə büdcədənkənar vəsaitin xərcləndiyi istiqamətlər genişlənib.

PİA.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bu vəsait İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (publik hüquqi şəxslər və məhdud məsuliyyətli cəmiyyətlər) saxlanma xərclərinin ödənilməsi, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi üçün maliyyə yardımının ayrılmasına da yönəldiləcək.

Eyni zamanda işçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən birbaşa olaraq fərdi qaydada (birdəfəlik) mükafatlandırıla biləcəklər. Əvvəl bu səlahiyyət təkcə iqtisadiyyat nazirində idi.

İşçilərin fərdi mükafatlandırılması onların işlədikləri struktur bölmələrin rəhbərlərinin və ya yuxarı orqanın təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında və ya onun səlahiyyət verdiyi şəxsin əmri (sərəncamı, qərarı) ilə də rəsmiləşdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar