Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyat naziri: "SOCAR-ın səhmlərinin satışı planlaşdırılmır"

“21 dövlət şirkətinin idarəetməsinin tapşırıldığı Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək”.

"Report" xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Biz səhmdarlar və iqtisadiyyat üçün artan dəyər gözləyirik”, - o əlavə edib.

Nazirin fikrincə, dövlət şirkətlərinin hamısı özəlləşdirilməsə də, investorlar üçün eyni baxış bucağı formalaşdırılmalıdır. Bu isə şirkətlərin idarəçiliyində bir çox dəyişikliklər tələb edir.

“Bu il üçün dövlət şirkətlərinin, o cümlədən Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin satışı nəzərdə tutulmur. Ancaq Azərbaycan yeni özəlləşdirmə proqramını reallaşdırmaq niyyətindədir və biz indiyə qədər təklif etmədiyimiz yeni aktivləri irəli sürəcəyik”, - M.Cabbarov qeyd edib.

“Özəlləşdirmə naminə özəlləşdirmə aparmağı və yaxud konkret müddət üçün özəlləşdirməyə getməyi doğru hesab etmirik. Bu səbəbdən seçimimiz, işləmək və səhmdar dəyəri artırmağa imkan verən investisiya holdinqi qurmaq idi”, - nazir vurğulayıb.

O həmçinin əlavə edib ki, Qarabağın işğaldan azad edilməsi regionda sabitlik yaratmaqla yanaşı, məhsulların ticarəti və tranziti baxımından Azərbaycanın haba çevrilməsinə şərait yaradacaq: "Regiondakı proseslərdə Ermənistanla da əməkdaşlıq edilə bilər. Prezident İlham Əliyev aydın şəkildə deyib ki, Azərbaycanın heç bir qonşusu ilə problemi yoxdur. Qarşılıqlı əməkdaşlıq bölgədəki bütün ölkələrə fayda gətirəcək. Rusiya, AzərbaycanErmənistanın yaratdığı birgə komissiya bu ay işə başlayacaq".

pia.az 


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar