Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı devalvasiyanın anonsunu verdi

Natiq Cəfərli: "Adamlar nə tarixdən, başqalarının buraxdığı səhvlərdən, daha betəri, hətta öz səhvlərindən belə nəticə çıxara bilmirlər".

ReAl Partiyasınln icra katibi, tanınmış iqtisasçı ekspert Natiq Cəfərli Azərbaycanda devalvasiyanın anonsunu verib. PİA.az xəbər verir ki, iqtisadçı bu barədə sosial şəbəkədə yazıb:

"Mərkəzi Bank və hökumət valyuta satışı qaydalarını absurdcasına sərtləşdirib. Məqsəd süni, inzibati yolla valyutaya tələbi azaltmaq, satışı nəzarətə almaq, beləliklə də (Allah bunları qoymasa) guya, manatın məzənnəsini qorumaqdır. Adamlar nə tarixdən, başqalarının buraxdığı səhvlərdən, daha betəri, hətta öz səhvlərindən belə nəticə çıxara bilmirlər. Hələ də anlamırlar ki, pulun və fikrin qarşısını inzibati üsulla, zorla, dəyənəklə almaq olmaz - hətta SSRİ belə bunu bacarmadı, nə qədər sərt qanunlar olsa da o zaman belə valyuta qara bazarı həmişə var idi.

Bu absurd qaydalar nəyə gətirəcək: 1) Ölkədə yenidən qara bazar yaranacaq, zənglə, watsapp-la dollar satılacaq, 2) Ölkədə bir rəsmi, bir də qara bazar məzənnəsi olacaq - hətta özbəklər belə bundan imtina etdilər, bizimkilər indi bu səhv yolla gedir, 3) Ölkədə valyuta alınmasının çətinləşməsi xaricdən gələn malların qıtlığına, bahalaşmasına səbəb olacaq - qara bazar məzənnəsi də malın qiymətinin üzərinə gələcək, 4) Ölkədən valyuta çıxışı azalan kimi daxildə iqtisadi aktivlik də azalır - bu isə daha çox işsizlik, daha çox sosial gərginlik deməkdir, 5) MB və hökumət sevinir ki, son hərraclarda dollar az satılır, daha anlamırlar ki, bu dolayısı ilə iqtisadiyyatın durğunluq nöqtəsinə gəlməsinin, insanların alıcılıq qabiliyyətinin itirməsinin göstəricisidir.

Daha adam bilmir bunlara nə desin, necə anlatsın ki, absurd qərarlar almasınlar, bu qərar ölkədə tək-tük qalan xarici investorları da məmləkətdən didərgin salacaq, nəticədə yenə də devalvasiyaya getməyə məcbur olacaqlar - bu qaçılmazdır. Nə isə..."

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar