Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidar əleyhdarları iqtidar-müxalifət görüşündən nə gözləyir? - Fotolar

İqtidar əleyhdarları iqtidar-müxalifət görüşündən nə gözləyir?..

Azərbaycanda siyasi institutlaşma böyük problemlər yaşamaqdadır. Müxalifətin bilərəkdən zəiflədilməsi radikal qüvvələrin getdikcə çoxalmasına səbəb olacaq və indidən bunun əlamətləri görünür. Ölkədə demokratik idarəetmənin mövcudluğu üçün müxalifət nəinki sıradan çıxarılmamalı, hətta onun mövcudluğuna və inkişafına şərait yaradılmalıdır”.

Bu sözləri Reyting.az-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin müxalifət partiyalarının sədrləri ilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, həqiqət heç vaxt bir şəxsdə ola bilməz, o, fikirlərin toqquşması nəticəsində ortaya çıxır. Ona görə də hakimiyyət müxalifətə düşməni kimi deyil, müttəfiqi kimi baxmalıdır.

M. Rəhimli

Sədr müavini qeyd edib ki, iqtidar nümayəndəsinin ölkənin müxalifət təmsilçiləri ilə görüşü təqdirəlayiqdir: “Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin müxalifət partiyalarının sədrləri ilə görüşü və müzakirə olunan məsələlərin əhatə dairəsi müdafiə edilə bilər. Ədalət Vəliyev ziyalı və mədəni insandır. Arzu edərdik ki, bu əlaqələr təkcə danışıqlarla kifayətlənməsin və ortaya real nəticələr çıxarsın. Gələcəyə nikbin notlarla köklənərək inanmaq istərdik ki, iqtidar ölkədə, həqiqətən də, demokratikləşmə prosesinə başlamaq istəyir”.

Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılov da bir müddət əvvəl Ədalət Vəliyevlə görüşüb. Bu görüşdə Mütəllim Rəhimli də iştirak edib. Sədr müavini deyir ki, həmin görüşdə siyasi həyatımızın ən müxtəlif tərəfləri müzakirə olunub. “Buraya korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, demokratik seçkilər, qanunun aliliyi və s. daxildir. Ümid edirik ki, qaldırılan problemlər bütövlükdə cəmiyyətimizin və dövlətimizin maraqlarına xidmət edəcək”, - M. Rəhimli əlavə edib.

Müxalifət partiyalarının pərakəndə halda olmasına, yaratdıqları ittifaqların uzunömürlü omadığına da toxunan M. Rəhimli bu pərakəndəliyi sevindirici hal saymır: “Bu, cəmiyyətimizin daxilində kifayət qədər problemlərin gizlənildiyinə və onun getdikcə dağıdıcı bir gücə çevrildiyinə işarədir. Müxalifətin birləşməsi nəyə görə lazımdır, - sualına və ya istəyinə cavab verməli olsaq, bir nəticə ortaya çıxır: hakimiyyətin dəyişdirilməsi üçün. Əgər bu fikri iqtidar partiyasının nümayəndələri, jurnalistlər, vətəndaş cəmiyyətinin təmsilçiləri və cəmiyyətimizin fəal üzvləri səsləndirirsə, deməli, hamının ürəyindən keçir ki, hakimiyyət dəyişsin. Əgər bu tələb zaman keçdikcə özünə daha çox tərəfdar toplayacaqsa, onda müxalifət də birləşəcək. Əks halda isə müxalifət mövcud vəziyyətin - ona edilən hərtərəfli təzyiqin altında haldan düşmüş vəziyyətdə fəaliyyətini davam etdirməli olacaq”.

M. Rəhimlinin fikrincə, bəzən müxalifətin inkişafına süni amillər də mane olur: “Qloballaşan dünyada bu amillər sırasında beynəlxalq və regional güclər daha təsirli çıxış edir. Belə ki, daxildə olan repressiv alətlərə qarşı beynəlxalq qurumlar yalnız kosmetik xarakterli çıxışlar edirlər. Bu da nəticədə demokratiyanın boğulmasına, müxalifətin məhvinə və ölkənin sərvətlərinin dağıdılmasına gətirib çıxarır”.

Partiya funksioneri diqqətə çatdırıb ki, bir sıra ölkələrdə baş verənlər göstərir ki, müxalifətin zəiflədilməsi və pərakəndəliyi hakimiyyətə milyardlara başa gəlir. Həmin pullar da korrupsiyanın çiçəklənməsindən əldə edilir və xalqdan oğurlanır. O, Azərbaycanda da bunun təhlil edilməsinə ehtiyac duyur.

Digər siyasi qurumlarla əməkdaşlıq məsələsinə gəldikdə, sədr müavini əlavə edib ki, Ədalət Partiyası indi proseslərin inkişaf dinamikasını izləməyi daha üstün sayır. “Hadisələr kifayət qədər mürəkkəbləşməyə doğru gedir. Bizim partiyanın söykəndiyi ideoloji platforma və siyasi xəttə istinad etməklə hər bir böhrandan elmi əsaslara söykənən çıxış yolu tapmaq mümkündür”, - M. Rəhimli bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Ən çox oxunanalar