Cümə, 15 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İqor Korotçenko: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

Rusiya heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün mübarizə aparmaq niyyətində olmayıb”.

İnfo24-ün məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qarabağın və ətraf ərazilərin Azərbaycanın tərkib hissəsi olması barədə açıqlaması Moskvanın münaqişənin əvvəlindən tutduğu mövqeyi təsdiqləyib.

“Bu, Rusiyanın guya Ermənistanı satması barədə hay-küy salanlara mesajdır. Biz heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün vuruşmağa hazırlaşmamışıq. Putin sadəcə bu gün bizə bəziləri tərəfindən ünvanlanan illüziya xarakterli gözləntilərə və qınaqlara cavab verdi. İlk növbədə bütün iradları özünüzə ünvanlayın. Erməni cəmiyyəti, Ermənistan dövləti, erməni siyasi elitası - bütün sualları özlərinə ünvanlamalıdırlar”, - deyə İ.Korotçenko bildirib.

“Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Rusiyanın bu məsələ ilə bağlı mövqeyi münaqişənin lap əvvəlindən belə olub”, - deyə ekspert əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazim İbrahimovun qardaşının şirkəti ləğv edildi, mülkü əlindən alındı - Foto

Ermənistanın siyasi, hərbi rəhbərliyinin Qarabağa gəlməsinin qarşısı niyə alınmır?

“Rusiyanın 7 rayonu “Boş yerə” qaytarmaq fikri olmayıb...”

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşaya getdi - Video

Rusiya Qarabağda 120 ton qızılı necə əldən verdi... - Rusiya mətbuatı

Bulvarda 3 milyonluq "kupça"lı obyekti sökdülər - 1 manat da ödəmədilər - Foto

“Heydər Əliyev demişdi ki, bu bankı gərək burada tikməyəydilər” – Əkrəm Həsənov

“Kimsə maaşından “YAŞAT”a ianə vermək istəmirsə, desin ki, mən azərbaycanlı deyiləm”

Azərbaycan istehsalı olan içkilər Ermənistan bazarında 

Koronavirusa yoluxmuş Rəşid Mahmudovun səhhəti ilə bağlı xəbər

loading...

Ən çox oxunanalar