Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Korotçenko: Fransa Senatının qətnaməsi növbəti təxribatdır

Fransa Senatının qətnaməsi növbəti təxribatdır. Bu təxribatla Fransa qərəzli olduğunu göstərdi və artıq özünü ATƏT-in Minsk qrupundan kənarda qoydu. Qətnamə bəzi fransız deputatların siyasi korrupsiya amilinin və onların Fransadakı erməni lobbisi ilə əlaqələrinin təsiri altında qəbul edilib.

PİA.az bildirir ki, bunları “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, Fransa əvvəllər də tarazlığa riayət etmirdi və Ermənistanın maraqlarını açıq şəkildə irəli çəkirdi, indi bu, bir daha təsdiqləndi və bu dəfə Senatda. Hüquqi baxımdan bu qətnamə əhəmiyyətsizdir, siyasi nöqteyi-nəzərdən, o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirini bərpa etmək üçün son cəhdidir, lakin əslində Paris vasitəçilik missiyasından imtina edib...

Onun sözlərinə görə, qalmaqallı sənədin qəbul edilməsi buna açıq şəkildə çağırmasına baxmayaraq, Rusiya və Türkiyənin Cənubi Qafqazdakı mövqelərinə heç bir şəkildə təsir etməyəcək: “Bu qətnamə Rusiyanın münaqişənin həlli zonasında olmasına heç bir təsir göstərməyəcək. Oradakı rus sülhməramlıları, yer üzündə sülhü təmin edirlər, amma fransız ordusu oranın yaxınlığında belə yoxdur.

Ümumiyyətlə, bu, sadəcə nəticəsi Parisin maraqlarına zərbə vuracaq axmaq bir hiylədir. Aydındır ki, Fransanın tərəfdaş və ya rəqib olması ilə bağlı Azərbaycan müvafiq nəticələr çıxaracaq. Fransa biznesi artıq Azərbaycanda müəyyən itkilərlə qarşılaşa bilər və milli maraqları qorumaq üçün Bakının bu cür reaksiya göstərməsinə əsaslar var”. (Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar