Bazar, 17 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İqlim dəyişikliyi III dünya müharibəsini tətikləyir...

Prezident Tramp bunun beynəlxalq cəmiyyətə qarşı uğurlu bir cavab olduğunu düşünür, amma əslində, üçüncü dünya müharibəsinə zəmin hazırlayır…

Carli Pierson

“The Independent” qəzeti, 8 noyabr 2019-cu il

Trampın iqlim müqaviləsindən çıxması Amerikanın İraq işğalından bu yana ən ölümcül addımlardan biridir.

ABŞ-ın 5 noyabrda Paris iqlim müqaviləsindən (2015) geri çəkilməsi rəsmən təsdiq edilib. Prezident Tramp 2017-ci ildə vəzifəyə gələn kimi müqavilədən geri çəkiləcəyini elan etmişdi və yenidən seçki kampaniyasında verdiyi vədləri ümidsizcə yerinə yetirməyə çalışır.

Trampın 2017-2018-ci illərdə YUNESKO-dan və BMT İnsan Hüquqları Şurasından ayrılması beynəlxalq ictimaiyyətə onu göstərdi ki, bu super güc nəinki insan hüquqlarından, hətta bu sosialist elm, təhsil və mədəniyyət anlayışlarından da get-gedə uzaqlaşır.

Trampın radikal sağçı olan sabiq qubernatoru Nikki Helini və “Kentucky” cəmiyyətindən olan Kelli Nayt Kraftı vəzifəyə təyin etməsi də bütün ümidləri tamamilə puç etmişdi.

Bu gün elan edilən rəsmi açıqlama ABŞ istilasının ən dəhşətli zirvəsidir. Şübhəsiz ki, hökümətin bu açıqlaması ABŞ-ın İraq işğalından bu yana atdığı ən dəhşətli addımlardan biridir.

Hamımız bilirik ki, iqlim dəyişikliyi dünyada sərt hava dəyişikliyi yaradır. Qütblərdə buzlaqlar gözləniləndən daha sürətlə əriyir və çox güman ki, bu sel daşqınları 2050-ci ilin əsas hadisələrinə çevriləcək. Dəniz səviyyələri yüksəlir, risk daşıyan növlər yox olur, qum və toz fırtınaları səhralardakı yaşam qaynaqlarını məhv edir. Həmçinin, artan isti hava kütlələri və ekstrim iqlim hadisələri mərkəzi amerikalıları məcbur edir ki, onlar təhlükəli yollardan istifadə edərək ABŞ-a qaçqın kimi yaşamaq üçün müraciət etsinlər. Lakin orada da (əgər gedə bilsələr) həbs ediləcək və uşaqlarından qoparılacaqlar.

İqlim böhranı o qədər dəhşətli vəziyyətə çatıb ki, hazırda insanlar mütəxəssislərin “iqlim kədəri” adlandırdığı durumu yaşayırlar. Bu, qorxulu, lakin həll yolu olan psixoloji vəziyyətdir.

İqlim böhranını inkar edənlər yaşadıqları yerdəki havaya fokuslanmağı çox sevirlər. Məsələn, şəhərlərdəki havanın necə gözlənilməz şəkildə soyuduğunu və qəsəbələrdə qar fırtınası olduğunu deyənlər az deyil. Tramp və onun kimi iqlim böhranını inkar edən şarlatanlar baş düşməlidirlər ki, bu problem təkcə hava ilə bağlı deyil.

Dünya əhalisinin sayı 2050-ci ildə 9,3 milyarda çatacaq və bunun təxminən 1,4 milyardı aclıq səviyyəsinin altında yaşayacaq. “Beynəlxalq Cəza Hüququ”nun atası hesab edən M. Şerif Basyuninin iqlim böhranı barədə yazdığı kimi: “İqlim böhranından ən çox əziyyət çəkən cəmiyyətlərdə, böyük ehtimalla, ən güclülərin zəifləri yağmaladığı bir xaos durumu yaranacaq. Üstəlik uğursuz olan dövlətlər öz vətəndaşlarını yağmalamaqla yanaşı, əsasən, digər dövlətlərə zorakılıq edən qruplar da yaradırlar və beləliklə, başqa insanların da hüquqlarını pozurlar. Milli və beynəlxalq zorakılıq qlobal təsirlərlə bağlı olaraq yüksələrkən, eyni zamanda, bu durum etnik və dini şiddəti də artıracaq”.

Professor Basyuninin qeyd etdiyi kimi, iqlim problemlərindən hamımız eyni dərəcədə təsirlənməyəcəyik. İndi olduğu kimi ilk zərbəni ən kövrək olanlar alacaq.

ABŞ istədiyini edərkən bütün dünyanın ABŞ-ın sözünə baxması fikri dəbdən düşmüş olsa belə, hələ də davam edir. Dünyanın ən böyük ikinci iqtisadiyyatına sahib olan Çin beynəlxalq siyasətdən və diplomatiyadan çıxan ABŞ-ın yaratdığı boşluqları doldurur. Lakin buna icazə verərək təkcə iqtisadi və ya siyasi suverenliyimizi itirmək riski daşımırıq, eyni zamanda, bütün planetimizi itirmək təhlükəsi ilə üz-üzə qalırıq. Əvvəllər kənardan baxıb heç nə etmirdik. İndi isə hər şeyi aktiv şəkildə dağıdırıq.

ABŞ-ın Paris müqaviləsindən çıxması beynəlxalq cəmiyyətə göstərilmiş bayağı bir siyasi mövqedən ibarət deyil. Bu, bizi həm də təmiz su, yaşıl ot və təmiz hava üçün üçüncü dünya müharibəsinə daha da yaxınlaşdırır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar