Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Məmmədovu da Rafael Cəbrayılovun aqibəti gözləyir?

“Kapital Bank” ASC deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi isə kredit müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, iş hazırda məhkəmədədir. Maraqlıdır ki, İqbal Məmmədovu da Rafael Cəbrayılovun aqibəti gözləyə bilərmi?

PİA.az xəbər verir ki, sabiq deputat, hüquqşünas Çingiz Qənizadə məsələ ilə bağlı modern.az-a danışıb.

O, bankın kreditora qarşı iddiasının mülki məsələ olduğunu vurğulayıb:

“Bu mübahisə mülki olduğuna görə hesab edirəm ki, kriminallaşdırmaq lazım deyil. Rafael Cəbrayılov insanlardan pul almışdı və geri qaytarmırdı artıq bu kriminal xarakterli məsələ hesab edilirdi. O, deputat mandatını girov qoymuşdu, amma borc öhdəliyinə yenə də əməl etməmişdi. Sonda da həbs olundu.

İqbal Məmmədovla bağlı açıqlama isə bununla eyni deyil. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Kredit İqbal Məmmədovun oğlunun adına olsa belə, o buna görə məsuliyyət daşıya bilməz. İqbal Məmmədov olduqca normal, sadə, dövlətə, hüquqa hörmət edən şəxsdir. Ola bilər ki, hansısa məsələ ilə bağlı bankla arasında müəyyən gərginlik var. Bu hadisənin səbəbləri araşdırılmalıdır. Hər kredit alan millət vəkilini kreditin gecikməsinə görə iddiham etmək olmaz. Rafael Cəbrayılovla İqbal Məmmədovun üzləşdiyi problem tamamilə fərqlidir.

Bu problem mülki xarakterlidir həbs məsələsi ola bilməz. İqbal Məmmədov YAP-ı təmsil edən deputatdır. Qanunazidd davranışı olsa, partiyada, parlamentin İntizam komissiyasında müzakirə ediləcək. Bu prosedurlar olmadan məsələ haqqında başqa fikir bildirmək olmaz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar