Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadənin “Zita-Gita” variantı

Bu kimi saxtakarlıqlara ingilis dilində ““dummy” candidates” deyilir…

2014-cü ildə Hindistanda parlament seçkiləri keçirildi. 36 gün ərzində 814.5 milyon seçici 8.251 deputatlığa namizədə səs verdi. Səsvermə hüququ olanların 66.40 faizi seçkiyə qatıldı. Həmin seçki həm də seçki texnologiyasında əxlaqsızlığın ən ifrat formasının nümayişi ilə yadda qaldı. Təsəvvür etməyə çalışın, seçicisi seçki bülletenin əlinə alır və görür ki, orada 7 nəfər Chandu Lal Sahu və dörd nəfər Chandu Ram Sahu adlı namizəd var. Bu hadisə Hindistanın 28 ştatından bir olan Chhattisgarh-ın 1 milyon 200 min insan yaşayan Mahasamund məhəlləsində baş verib…

Təbii ki, bu fırıldaq Hindistan Seçki Komissiyasının diqqətindən qaçmadı. Qərara gəldilər ki, bundan sonra bu kimi hallarla sığortalanmaq üçün deputatlığa namizədlərin adının qarşısında onların fotosu verilsin. Bu addım bu kimi çirkin seçki texnologiyasına ciddi zərbə vurdu. Ancaq bu variantda da fırıldaq yola əl atanlar tapıldı. Bunun ən bariz nümunəsi Hindistanın hazırkı baş naziri Narendra Modinin başına gələndir. Belə ki, 2019-cu ildə o, Abhinandan Pathak adlı birisi ilə yarışmalı oldu. Abhinandan Pathak Narendra Modinin geyndiyi eyni rəngli paltarda seçicilərin qarşısına çıxırdı. Eyni rəngdə və formad eynək taxırdı. Bütün bunlara baxmayaraq Abhinandan Pathak seçkini uduzdu. Bu məsələ ilə bağlı “The İndia Today” qəzetində gedən “əkiz namizədlər”in fotosunu da təqdim edirəm.

Əlbəttə, bu kimi hadisələr Amerikadan tutmuş Avropaya qədər, hər yerdə baş verib. Bu kimi saxtakarlıqlara ingilis dilində ““dummy” candidates” deyilir. “Dummy” dilimizə saxta, axmaq, oyuncaq, marionetka… kimi tərcümə oluna bilər. Nədən Hindistanda baş verənlərə önəm verdik? Çünki məhz orada bu seçki saxtakarlığını ən aşırı formada həyata keçiriblər. Hindistanda baş vermiş bu olayların bizə nə dəxli var? Əminəm ki, diqqətli oxucu söhbətin nədən getdiyini göydə tutdu. Bəli, söhbət “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğludan (Abbasov) gedir. “Hər şey dəyişəcək” şüarı ilə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən həmkarım sürprizlə qarşılaşıb. Özü də Hindistandakı qədər aşırı formada…

Bəli, o, qısa müddətdə Azərbaycan üçün nümunə ola biləcək seçki texnologiyası ortaya qoydu. Hamının gözü qabağında o, seçki dairəsini qarış-qarış, ev-ev gəzir, insanlarla birbaşa ünsiyyətdə olur. Onların dərd-sərini dinləyir, bəzi yerlərdə isə konkret addımlar atır, sakinləri narahat edən problemlərin aradan qaldırılmasına nail olub. Rauf Arifoğlunun seçki qərargahı gecə-gündüz çalışır. Seçicilər axın-axın bu qərargaha üz tuturlar. Deputatlığa namizədlə şəxsən görüşürlər. Azərbaycanın nüfuzlu insanları da açıq şəkildə Rauf Arifoğluna dəstək verir. Onun yanında olduqlarını, ondan yana olduqlarını net şəkildə ortaya qoyurlar. Azərbaycanın heç bir seçki dairəsində seçici ilə deputatlığa namizəd arasında bu səviyyədə sıx əlaqə mövcud deyil. Ən yaxşısı isə odur ki, bu proses hər ötən gün daha da vüsət alır. Yüksələn xətt üzrə inkişafdadır. Hər kəs şahiddir ki, Rauf Arifoğlu adı çəkilən seçki dairəsinin favoriti olaraq öndədir. Bilirsiz niyə? Rauf Arifoğluda olan təşkilatçılıq qabiliyyəti çox nadir insanlarda var. Bu adam ən ümidsiz vəziyyətlərdə belə insanları öz ətrafına toplayıb hədəfə doğru inamla aparmağı bacarır. Bu, Allahın ona verdiyi fitri istedaddır. Biz-onu yaxından tanıyanlar- onda olan bu keyfiyyətin ortaya qoyduğu heyrətamiz nəticələrin dəfələrlə şahidi olmuşuq. Bir sözlə, qələbə bir addımlıqdadır, əl atsan, yetər…

Amma…bu işin bir əmması var. Rəqibi onu neytralaşdırmaq üçün təxribata əla atıb. Rauf Ariğlunu ciddi şəkildə narahatdır: “Məqsəd mənim səslərimi bölməyə və seçiciləri çaşdırmağa hesablanıb. Necə işlədiyimizi görür və narahat olurlar. Artıq dairədə 3 Abbasov, iki Rauf var – bu texnologiya, çirkli texnologiyadır”. Hindistan və ya “Zita-Gita” variantı fakt olaraq ortadadır.

Bəs bu variantı kim həyata keçirib? Rauf Arifoğlu və yaxın ətrafı İqbal Ağazadəni dolayısı ilə bu işin müəllifi kimi təqdim edirlər. Bəs məntiq nə deyir? Məntiq də bu varianta üstünlük verir. Amma nəzəri baxımdan daha bir namizəddən şübhələnmək olar. Söhbət iqtidar partiyasının namizədindən gedir. YAP-ın özündə belə onu tanıyan az olar. Elə bir siyasi təcrübəsi olmayan kifayət qədər də yaşlı (59 yaş) birisinin belə bir addım atması ağlabatan görünmür. Həm də onun belə bir addım atmasına ən azı YAP-ın rəhbərliyi razılıq verməlidir. Hakim partiyanın isə Rauf Arifoğluya qarşı bu qədər qərəzli olması üçün heç bir əsas yoxdur. Ona görə də İqbal Ağazadənin bu işə qol qoyduğunu əminliklə söyləmək olar. Təəssüf ki, dostumuz İqbal Ağazadə deputat seçilmək üçün seçki texnologiyaları içərisində ən idbar vasitəyə əl atıb. Bu məqsədlə Qusar rayonunda yaşayan işsiz birisini – Abbasov Rauf Çərkəz oğlunu Bakıya gətirib, onun üçün ərizə yığıblar. Digər Abbasov soyadlı “dublikat” namizədlər də Rauf Arifoğluna veriləcək səslərin parçalanmasına xidmət etməlidir. Ümid Partiyasının sədri ümid edir ki, bu yolla Rauf Arifoğlu üzərində “möhtəşəm qələbə çalacaq”…

İqbal Ağazadə Rauf Arifoğluna qarşı “Zita-Gita” variantı ilə kifayətlənəcəkmi? Düşünmürəm. Çünki o, “qırmızı xətti” çoxdan keçib. Ona görə də bu kimi çirkin seçki texnologiyasının növbəti sürprizlərinə hazır olmaq lazımdır.

Son olaraq onu deyim ki, İqbal Ağazadə Azərbaycanda seçki texnologiyasına gətirdiyi “yenilik” çox təhlükəli bir ənənənin əsasını qoydu. Bu təhlükənin qarşısı indi alınmasa gələcək seçkilərdə də biz oxşar situasiyalarla üzləşəcəyik.

Elbəyi Həsənli, Sürix

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar