Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İqbal Ağazadədən nazirə: “Ermənistana verdiyiniz 134 tezliklə bağlı sorğuma cavab verin”

“Yayın bu qızmar günlərində Kür və Araz çaylarının sularından məişətdə və kənd təsərrüfatında istifadə edən vətəndaşlarımız ciddi əziyyət çəkirlər. Həm Kür, həm də Araz çayında suyun miqdarı kəskin azalıb”...

“Çoxları bunu təbii fəlakət kimi də qəbul edə bilərlər. Lakin məsələnin həm də fərqli tərəfi var. Xüsusən Araz çayında suyun olmamasının səbəbi Araz çayı üzərində İranın Xudafərin bəndini tikməsidir. İran bu su anbarı vasitəsilə öz ərazisində təxminən 80 min ha torpağın suvarılması üçün istifadə edir. Beləliklə də, Araz çayının suyunun azalması, az qala qurumaq həddinə çatmasının əsas səbəbi məhz bu bəndlərin və su anbarlarının tikintisidir”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, Kür çayı ilə Arazın qovuşması da hər iki çayda suyun səviyyəsini tənzimləyir: “Kənar səbəblər axtarmağa ehtiyac yoxdur. İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır, fərqindəsinizmi?! Biz bu məsələyə etiraz edəndə hamı üstümüzə gəlirdi ki, siyasəti bilmirmişik, iqtisadi maraqları hesablamağa gücümüz çatmırmış. İndi Kür və Araz çayı ətrafında yaşayan fermerlərin, sıravi vətəndaşların fəryadını eşidirsinizmi? İndi içməli suya həsrət qalmış dilsiz-ağızsız heyvanların ah-naləsini duyursunuzmu? Bugünlərdə Nəqliyyat, Rabitə və Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etdim ki, Ermənistana verdiyiniz 134 tezliklə bağlı sorğuma cavab verin - hansı tezlikləri və niyə vermisiniz? Hamı susur. Məncə susmaq zamanı deyil, eşitmək, cavablamaq və problemləri həll etmək zamanıdır. Problem fərdi deyil, ümumazərbaycan problemidir. Həm Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş, həm də Beynəlxalq Telekommunikasiya İttifaqının vasitəçiliyi ilə AzərbaycanErmənistan rabitə təmsilçiləri arasında əldə olunan razılaşma nəticəsində Ermənistanın 134 tezliyindən sərbəst istifadə hüququ ləğv edilməlidir. Ən başlıcası isə torpaqlarımız işğaldan azad olmalıdır!"

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

“Putin dəfələrlə Ərdoğanla Qarabağ haqda danışıqdan yayındı, bu dəfə isə...”

Övladlarına ildə 300 min dollar xərcləyən deputat: “Qısqanclıqla yanaşmaq doğru deyil”

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

İşgəncə görüntülərilə bağlı daha bir açıqlama

Baş nazir: “Biz sizin üçün banan ölkəsi deyilik”

"Bir mərdimazarın şantajının qurbanı oldum" - Samir Piriyev

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

"Bandotdel"də monitorinq keçirildi - Rəsmi açıqlama verildi

loading...

Ən çox oxunanalar