Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“iPhone” işlədənlərə bəd xəbər — “Apple” bu telefonları bloklayacaq

“Apple” şirkəti akkumulyatoru “Apple”ın sertifikatlaşdırılmış xidmət mərkəzlərində dəyişdirilməmiş yeni “iPhone” aparatlarında proqram bloklaması tətbiq edib

PİA.az “vesti.ru”ya istinadla xəbər verir ki, istifadəçi batareyanı özü dəyişdirdiyi və ya kənar mütəxəssislərə müraciət etdiyi halda, onun qurğusunun displeyində silinməsi heç bir halda mümkün olmayan servis mesajı görsənir.

Bildirilir ki, “Apple”-ın akkumulyatorunun əsilliyini müəyyənləşdirmək mümkün olmadı” xəbərdarlığı yalnız yeni modellərdə (“iPhone Xr”, “Xs” və “Xs Max”) görsənir. Bu halda batareyanın vəziyyətini və tutumunu öyrənmək qeyri-mümkündür.

Ekspertlərin fikrincə, bloklama əməliyyatı daxili çip vasitəsilə həyata keçirilir, sözügedən çip, həmçinin temperatur haqqında məlumatı ötürür.

Akkumulyatoru yenidən işlək etməyin yeganə üsulu qurğunu “Apple”ın sertifikatlaşdırılmış servis mərkəzinə aparmaqdır. (ICTinfo.az)

pia.az

Etiket: iPhone Apple

Şərh yazın.

loading...