Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpol Daşqın Ağalarlını niyə axtarırdı? – Maraqlı faktlar

Xəbər verdiyimiz kimi, Polşada Gdansk aeroportunda azərbaycanlı fəal Daşqın Ağalarlı polis tərəfindən saxlanılıb...

Uzun müddət Gürcüstanda, daha sonra Avropada yaşayan Ağalarlı Azərbaycan tərəfindən İnterpol vasitəsi ilə axtarışa verilmişdi. Onun həbsindən sonra siyasi mühacir olması haqda informasiyalar yayılmağa başladı.

İnterpol tərəfindən saxlanlan D. Ağalarlının Azərbaycana ekstradisiya olunacağı ehtimal edilir. Onun sözlərinə görə, 2019-cu ilin 17 sentyabrından Norveç dövləti onu müdafiə və yaşayış üçün icazə ilə təmin edib, amma Polşa polisi bunu qəbul etmək istəmir. Daşqın Ağalarlı AXC hakimiyyəti dövründə Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib. Müsavat Partiyasının fəalı olmuş Daşqın Ağalarlı Norveçə köçməzdən əvvəl bir neçə il Gürcüstanda yaşayıb.

Ağalarlı konkret olaraq Lanset klinikasında çirkli pulların yuyulması, həmçinin vergidən yayınma ilə əlaqədar olaraq beynəlxalq axtarışa verilib.

Bununla bağlı bir neçə il əvvəl Vergilər Nazirliyinin yaydığı xəbərdə bildirilirdi ki, Azərbaycanda 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Eko İnşaat” MMC-də 24 941,04 manat əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş material üzrə 2011-ci il martın 3-də Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılarkən məhkəmə qərarı ilə müəssisədə aparılan növbədənkənar səyyar vergi yoxlaması nəticəsində 394010,97 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilib.

Məlumatda qeyd edilir ki, istintaq zamanı “Eko İnşaat” MMC-nin direktoru Daşqın Ağalarlının 2013-cü il avqustun 15-də CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, lakin istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmayıb.

Odur ki, həmin tarixdə barəsində Cinayət Prosessual Məcəlləsinin 278-ci maddəsi ilə axtarış elan edilib. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli qərarı ilə Daşqın Ağalarlı barəsində həbs-qətimkan tədbiri seçilib və cinayət işi üzrə icraat, CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılıb.

Məlumatda o da bildirilir ki, Daxili İşlər Nazirliyinin İnterpol-un Milli Mərkəzi Bürosundan 2014-cü il martın 3-də daxil olan məktubda beynəlxalq axtarışda olan, Daşqın Ağalarlı Sarpi sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olarkən saxlanılıb. Amma az sonra o sərbəst buraxılıb.

Azərbaycanla yanaşı, Gürcüstanın da müvafiq hüquq-mühafizə orqanları Daşqın Ağalarlının fəaliyyətini araşdırıb və nəticədə onun oturum izni ləğv edilib. O bundan sonra Gürcüstandan qaçaraq Norveç Krallığına sığınmışdı.

Daha bir maraqlı ittiham isə Lanset klinikası ilə bağlıdır ki, həmin klinikanın həbsdə olan rəhbəri Fərman Ceyranlı ilə işbirliyində günahlandırılır. F. Ceyranlı 2017-ci ilin may ayında bu xəstəxanada qaraciyər əməliyyatı olunan bir pasiyentin ölməsindən sonra həbs olunub. Həbs edilən zaman o, dələduzluqda və klinikasında qanunsuz ciyər transplantasiyası əməliyyatları həyata keçirməkdə ittiham olunub.

İndi D. Ağalarlının Azərbaycana gətiriləcəyi halda onun hər hansı siyasi fəaliyyətinə görə yox, məhz haqqında qaldırılan cinayət işi üzrə ittiham olunacağı gözlənilir.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar